Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

“Yelo Bank” ASC-ti tərəfindən verilmiş 3-21/4422-22 saylı, 27.09.2022-ci il tarixli sifariş üzrə,  “Yelo Bank” ASC-nin mülkiyyətində olan 1 ədəd, 583 əyarlı, 18 qram qolbaq, 1 ədəd, 583 əyarlı, 3.9 qram kişi üçün üzük, 1 ədəd 583 əyarlı, 2.4 qram alyans, 1 ədəd 583 əyarlı, 24.86 qram sep paxlava, 1 ədəd, 583 əyarlı, 10.26 qram qolbaq korolin, 1 ədəd, 583 əyarlı 2.46 qram qolbaq, 1 ədəd, 583 əyarlı, 2.99 qram sırğa, 1 ədəd, 583 əyarlı, 3.04 qram üzük sirkon, 1 ədəd, 583 əyarlı, 4.7 qram, sırğa sirkon, 1 ədəd, 583 əyarlı, 1.61 qram tək sırğa açıq hərracda satılmalıdır.   


İlkin hərrac açıq auksion qaydasında keçirilməklə  21 oktyabr  2022-ci il tarixi, saat 1100-a (növbəlik qaydasında) təyin edilmişdir.  

Hərrac Bakı şəhəri, Yasamal rayonu K.kazımzadə 123 ünvanında keçiriləcəkdir.

 

Əmlakın ilkin satış qiyməti 4.100 (dörd min yüz) manat məbləğində  müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 10%-i, yəni 410 (dörd yüz on) manat  məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac  təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına ödənilməlidir.

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) bank günü ərzində sifarişçi “Yelo Bank” ASC-nin hesabına ödənilməlidir.  

Hərrac addımı - ilkin satış qiymətinin 1%-dən az olmamaqla

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., K.Kazımzadə 123

Tel: 050-210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

4,100 AZN