Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

İsmayıllı rayon Məhkəməsinin e-2(037)-49/2022 saylı, 06.05.2022-ci il tarixli icra vərəqəsinə əsasən, İsmayıllı rayon İcra Şöbəsi tərəfindən verilmiş 155614/2022-45-5 saylı, 06.10.2022-ci il tarixli sifariş üzrə, Qəniyev Teymur Rafiq oğluna məxsus, girov predmeti olan, 583 əyarlı, çəkisi 19.5 qram olan 1 ədəd saat-qolbaq, 583 əyarlı, çəkisi 39.7 qram olan 8 ədəd üzük, 583 əyarlı, çəkisi 28 qram olan 1 ədəd sep klon, 583 əyarlı, çəkisi 30 qram olan 2 ədəd qolbaq, 583 əyarlı, çəkisi 34.5 qram olan 1 ədəd sep , 583 əyarlı, çəkisi 6.5 qram olan 2 ədəd sırğa, 880 əyarlı, çəkisi 5 qr olan, 4 ədəd diş və 583 əyarlı, çəkisi 18 qr olan, 2 ədəd komplekt açıq hərracda satılmalıdır.


İlkin hərrac açıq auksion qaydasında keçirilməklə  31 oktyabr 2022-ci il tarixi, saat 1100-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəhəri, Yasamal rayonu Kazım Kazımzadə 123 ünvanında keçiriləcəkdir.

 

Əmlakın ilkin satış qiyməti ümumilikdə  10.287,20 (on min iki yüz səksən yeddi manat iyirmi  qəpik)

manat məbləğində müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 10%-i, yəni 1.029 (bir min iyirmi doqquz) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına ödənilməlidir.

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) iş günü ərzində sifarişçi İsmayıllı rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.

Hərrac addımı - ilkin satış qiymətinin 1%-dən az olmamaqla

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Kazım Kazımzadə 123

Tel: 050-210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

10,288 AZN