Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Şəmkir rayon Məhkəməsinin 2(076)-265/2022 saylı, 19.01.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Şəmkir rayon İcra Şöbəsi tərəfindən verilmiş 51073/22-152503/22 saylı, 14.10.2022-ci il tarixli sifariş üzrə, Məmmədov Orxan Faiq oğluna məxsus, girov predmeti olan, ümumilikdə çəkisi 19,1 qram olmaqla, 585 əyarlı, çəkisi 6,4 qram olan 3 ədəd sep-qolbaq, 585 əyarlı, çəkisi 3,2 qram olan 2 ədəd üzük, 500 əyarlı, çəkisi 3,2 qram olan 1 ədəd sırqa, 585 əyarlı, çəkisi 1,6 qram olan 2 ədəd sancaq-klon açıq hərracda satılmalıdır.


İlkin hərrac açıq auksion qaydasında keçirilməklə  07 noyabr 2022-ci il tarixi, saat 1100-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəhəri, Yasamal rayonu Kazım Kazımzadə 123 ünvanında keçiriləcəkdir.

 

Əmlakın ilkin satış qiyməti ümumilikdə  1.005,1 (bir min beş manat on qəpik) manat məbləğində

 müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 10%-i, yəni 101 (br yüz bir) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına ödənilməlidir.  

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) iş günü ərzində sifarişçi Şəmkir  rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.

Hərrac addımı - ilkin satış qiymətinin 1%-dən az olmamaqla

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Kazım Kazımzadə 123

Tel: 050-210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

1,006 AZN