Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5292/2021 saylı, 16.12.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsi tərəfindən verilmiş 1765/-44028/1 saylı, 01.11.2022-ci il tarixli (daxil olma 16.11.2022-ci il) sifariş üzrə, borclu “STR” MMC-yə məxsus, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən siyahıya alınmış, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Puta-Korgöz, Qızıldaş-Sahil yolu 9-cu km 6 ünvanında olan əmlak kompleksinin tərkibində yerləşən yanacaq doldurma məntəqəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinin tələblərinə uyğun olaraq açıq hərracda satılmalıdır.


İlkin hərrac açıq auksion qaydasında keçirilməklə  13 dekabr 2022-ci il tarixi, saat 1000-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəh., Yasamal ray., Məhəllə 563, K.Kazımzadə 123 (Mərkəzi Gömrük Hospitalı ilə üzbəüz) ünvanında keçiriləcəkdir.

Əmlakların ilkin satış qiyməti ümumilikdə 54.200 (əlli dörd min iki yüz) manat məbləğində müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 10%-i, yəni  5.420 (beş min dörd yüz iyirmi) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına ödənilməlidir.   

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) bank günü ərzində sifarişçi Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsi  depozit  hesabına ödənilməlidir.  

Hərrac addımı - ilkin satış qiymətinin 1%-dən az olmamaqla

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəh., Yasamal ray., Məhəllə 563, K.Kazımzadə 123(Mərkəzi Gömrük Hospitalı ilə üzbəüz)

Tel:(050)-210-66-47;
e-mail: 
[email protected]

rəsmi internet saytı: e-herrac.com

54,200 AZN