Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-48/2022 saylı, 15.03.2022-ci il tarixli icra vərəqələrinə əsasən, Abşeron rayon İcra Şöbəsi tərəfindən verilmiş 17/75 2420 4N saylı, 08.02.2023-cü il tarixli sifariş üzrə, Hacıyev Pərviz Aləm oğluna məxsus, Abşeron rayonu, Atyalı ərazisində yerləşən, 47 adda balıq məhsullarından ibarət girov predmeti açıq hərracda satılmalıdır.          

   
İlkin hərrac açıq auksion qaydasında keçirilməklə  07 mart 2023-cü il tarixi, saat 1000-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəhəri, Yasamal rayonu Kazım Kazımzadə 123 ünvanında keçiriləcəkdir.  

Əmlakın ilkin satış qiyməti 5.320.893,16 (beş milyon üç yüz iyirmi min səkkiz yüz doxsan üç manat on altı qəpik)  manat məbləğində müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni 532.090 (beş yüz otuz iki min doxsan) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.              

H/h: AZ87AIIB400600C9444230278103     

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Abşeron rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.       

Hərrac addımı - ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəh., Yasamal ray., Məhəllə 563, K.Kazımzadə 123

(Mərkəzi Gömrük Hospitalı ilə üzbəüz)

Tel: (+99450) 210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

5,320,894 AZN