Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-104/2022 saylı, 10.01.2022-ci il tarixli (23.02.2022-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, AR Ədliyyə Nazirliyi Gəncə şəhər üzrə İcra İdarəsi tərəfindən verilmiş 44820/22 saylı, 10.10.2022-ci il tarixli (daxil olma 14.10.2022-ci il) sifariş üzrə, borclu “Gəncə Poliqrafiya” MMC-yə  məxsus, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı  Ərazi Vergilər Baş İdarəsi tərəfindən siyahıya alınmış, “ADASTDOBRUSKA”  çap maşını, Rusiya istehsalı çap maşını, “ADAST” qrafobers çap maşını, “ADASTD” (Blanko) maxima çap maşınına dair 18 noyabr 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş təkrar hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, 8.113 (səkkiz min yüz on üç) manata təkrar açıq hərraca çıxarılmışdır.  

Təkrar hərrac 29 noyabr 2022-ci il tarixi, saat 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 10 %-i, yəni  812 (səkkiz yüz on iki) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nağd qaydada ödənilməlidir.  

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 1%-dən az olmamaqla.

 

Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) bank günü ərzində sifarişçi AR Ədliyyə Nazirliyi Gəncə Şəhər üzrə  İcra idarəsinin depozit hesabına ödənilməlidir.

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Kazım Kazımzadə 123.

Tel: 050-210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

8,113 AZN