Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-133/2022 saylı, 18.02.2022-ci il tarixli (28.03.2022-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Balakən rayon İcra Şöbəsi tərəfindən verilmiş 02/4 saylı, 25.01.2022-ci il tarixli sifariş üzrə, borclu Paraşova Ximisət Soltanhəmid qızına  məxsus, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı  Ərazi Vergilər Baş İdarəsi tərəfindən siyahıya alınmış, ümumilikdə dəyəri 1.050 (bir min əlli) manat məbləğində olan,  1 ədəd işlək vəziyyətdə olan vitrin soyuducu və  1 ədəd işlək vəziyyətdə olan dondurma üçün soyuducuya dair 24 fevral  2023-cü il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, ümumilikdə 840 (səkkiz yüz qırx) manata təkrar açıq hərraca çıxarılmışdır.

Təkrar hərrac 07 mart 2023-cü il tarixi, saat 10:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 10%-i, yəni  ümumilikdə 84 (səksən dörd) manat

 miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac

 təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.  

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 1%-dən az olmamaqla.

Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) bank günü ərzində sifarişçi Balakən rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən həyata

keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəh., Yasamal ray., K.Kazımzadə 123

            (Mərkəzi Gömrük Hospitalı ilə üzbəüz)

Tel: (+99450) 210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

 

840 AZN