Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Şamaxı rayon Məhkəməsinin 2(07 4)-885/2022 saylı, 08.09.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Şamaxı rayon İcra Şöbəsi tərəfindən verilmiş 4233/4 saylı, 02.11.2022-ci il tarixli sifariş üzrə, Hacıyev Coşqun Vidadi oğluna məxsus, girov predmeti olan, 583 əyarlı, çəkisi 11,4 qram olan 1 ədəd sep, 585 əyarlı, çəkisi 10,8 qram olan 1 ədəd qolbaq, 583 əyarlı, çəkisi 11,4 qram olan 1 ədəd saat, 583 əyarlı, çəkisi 10,6 qram olan 3 ədəd sırğa (3 qaşı yoxdur), 583 əyarlı çəkisi 13 qram olan 4 ədəd üzüyə dair 27  dekabr 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş təkrar hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, ümumilikdə 2.203 (iki min iki yüz üç) manata təkrar açıq hərraca çıxarılmışdır.

Təkrar hərrac 09 yanvar 2023-cü il tarixi, saat 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 10%-i, yəni 221 (iki yüz iyirmi bir) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 1%-dən az olmamaqla.

 

Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) iş günü ərzində sifarişçi Şamaxı rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəh., Yasamal ray., Məhəllə 563, K.Kazımzadə 123

(Mərkəzi Gömrük Hospitalı ilə üzbəüz) .

Tel: (+99450) 210-66-47

e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

2,203 AZN