Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-7687/2021 saylı, 27.01.2022-ci il tarixli (09.03.2022-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin 193-82978/26 saylı, 14.02.2023-cü il tarixli (daxil olma 17.02.2023-cü il) sifarişi üzrə, Orucov Rəhim Camal oğluna məxsus, 750 əyarlı, ümumi çəkisi 41.1 qr olan sep+qolbaq, 1 ədəd, 750 əyarlı, ümumi çəkisi 9 qr olan qolbağ, 2 ədəd, 750 əyarlı, ümumi çəkisi 10.2 qr olan üzük, 1 ədəd, 583 əyarlı, ümumi çəkisi 7.5 qr olan sep, 2 ədəd, 583 əyarlı, ümumi çəkisi 10 qr olan üzük, cəmi çəkisi 83.8 qram olan qızıl-zinət əşyalarına dair 10 mart 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, 6.543 (altı min beş yüz qırx üç) manata təkrar açıq hərraca çıxarılmışdır.      

Təkrar hərrac 27 mart 2023-cü il tarixi, saat 10:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 10%-i, yəni 655 (altı yüz əlli beş) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.     

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 1%-dən az olmamaqla.

 

Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) iş günü ərzində sifarişçi Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.     

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəh., Yasamal ray., Məhəllə 563, K.Kazımzadə 123

(Mərkəzi Gömrük Hospitalı ilə üzbəüz) .

Tel: (+99450) 210-66-47

e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

6,543 AZN