- Ana səhifə
- 〉
- Qızıl zinət
- 〉
- Üzük
- 〉
- AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR
Seçilmişlər
AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR
Şamaxı rayon Məhkəməsinin 2(074)-618/2022 saylı, 22.07.2022-ci il tarixli (05.09.2022-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Şamaxı rayon İcra Şöbəsi tərəfindən verilmiş 4267/6 saylı, 04.11.2022-ci il tarixli sifariş üzrə, Kərimov Ramin İbrahim oğluna məxsus, girov predmeti olan, 585 əyarlı, çəkisi 4,2 qram olan 1 ədəd sep, 585 əyarlı, çəkisi 5,6 qram olan 1 ədəd kişi üzüyü açıq hərracda satılmalıdır.
İlkin hərrac açıq auksion qaydasında keçirilməklə 29 noyabr 2022-ci il tarixi, saat 1100-a (növbəlik qaydasında) təyin edilmişdir.
Hərrac Bakı şəhəri, Yasamal rayonu Kazım Kazımzadə 123 ünvanında keçiriləcəkdir.
Əmlakın ilkin satış qiyməti ümumilikdə 539 (beş yüz otuz doqquz) manat məbləğində
müəyyənləşdirilmişdir.
Hərracda iştirak üçün ilkin satış qiymətinin 10%-i, yəni 54 (əlli dörd) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.
H/h: AZ87AIIB400600C9444230278103
Bank: Kapital bank 1 saylı Yasamal filialı
VÖEN – 9900003611
Kodu: 200037
M/H:AZ37NABZ01350100000000001944
SWIFT : AIIBAZ2XXX
Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) iş günü ərzində sifarişçi Şamaxı rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.
Hərrac addımı - ilkin satış qiymətinin 1%-dən az olmamaqla
Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;
4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.
Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC
Ünvan: Bakı şəhəri, Yasamal ray., Kazım Kazımzadə 123.
Tel: (+99450) 210-66-47
e-mail: [email protected]
rəsmi internet saytı: e-herrac.com
539 AZN