Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Bakı Kommersiya  Məhkəməsinin 2-2(113)-39/2023 saylı, 01.03.2023-cü il tarixli icra sənədinə əsasən, Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən verilmiş 320989/24 saylı, 08.02.2024-cü il tarixli sifariş üzrə tələbkar “Bank BTB” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri,Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanında yerləşən, ümumi sahəsi 190.8 kv.m. olan qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 110 ünvanında yerləşən ,ümumi sahəsi 60 kv.m. olan 19 saylı mənzil açıq hərracda satılmalıdır.

İlkin hərrac açıq auksion qaydasında keçirilməklə 05 mart 2024-cü il tarixi, saat 1000-a (növbəlik qaydasında) təyin edilmişdir.

 

Hərrac Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi, 11/1 ünvanında keçiriləcəkdir.

Əmlakın ilkin satış qiyməti qeyri-yaşayış sahəsi üzrə - 470.000 (dörd yüz yetmiş min) manat, 19 saylı

mənzil üzrə  - 105.000 (yüz beş min) manat  məbləğində müəyyənləşdirilmişdir.  

Hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni qeyri-yaşayış sahəsi üzrə - 23.500 (iyirmi üç min beş yüz) manat, 19 saylı mənzil üzrə  5.250 (beş min iki yüz əlli) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.    

H/h: AZ87AIIB400600C9444230278103  

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944  

SWIFT : AIIBAZ2XXX  

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin  depozit   hesabına ödəməlidir.            

Hərrac addımı - ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla   

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi, 11/1

Tel: (+99450) 210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

575,000 AZN