Qanunvericilik

İcra haqqında Azərbaycan Respubli̇kasinin qanunu

Bu qanun azərbaycan respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və iqtisadi mübahisələrə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariat orqanlarının icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və azərbaycan respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların (bundan sonra - məhkəmə və digər orqanların) qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir.

Maddə 61. Hərracların hazırlanması və keçirilməsi

61.1. Borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir.
61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.
61.3. Sifarişə aşağıdakılar əlavə edilir:
61.3.1. icra sənədinin surəti;
61.3.2. əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən tərtib edilmiş aktın surəti;
61.3.3. daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair sənədlər;
61.3.4. ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti.
61.4. Uzunmüddətli icarə hüququ hərraca çıxarıldıqda, bu Qanunun 61.3.1 – 61.3.4-cü maddələrində göstərilən sənədlərə icra məmuru tərəfindən aşağıdakılar da əlavə edilir:
61.4.1. icarə müqaviləsinin surəti;
61.4.2. icarə müqaviləsinin qeydiyyatını təsdiq edən sənədin surəti;
61.4.3. tələbin uzunmüddətli icarə hüququna yönəldilməsinə icarəyə verənin razılığını təsdiq edən sənədin surəti və ya icarəçi icarə hüququnu hərrac nəticəsində əldə etdikdə, uzunmüddətli icarə hüququnun icarəçiyə keçməsini təsdiq edən sənədin surəti.
61.5. Tikintisi başa çatmamış obyekt üzərində hüquq satıldıqda, bu Qanunun 61.3.1 – 61.3.4-cü maddələrində göstərilən sənədlərə icra məmuru tərəfindən aşağıdakılarda əlavə edilir:
61.5.1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;
61.5.2. tikintiyə icazənin surəti.[86]
61.6. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış açıq hərraclarda satılması zamanı icra məmurunun sifarişinə əlavə edilən sənədlər Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilir.[87]

Maddə 62. Hərracın keçirilməsi müddətləri və qaydası

62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir.
62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu

 Qanun mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir.

Maddə 40. İpoteka predmetinin satılması

Tutmanın yönəldilməsi haqqmda bildiriş bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verildikdən azı 30 təqvim günü keçdikdən sonra ipoteka predmeti bu Qanunla müəyyən edilmiş qaydada satıla bilər.

Maddə 41. İpoteka predmetinin satış üsulları

41.1. İpoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığma əsasən tutma yönəldilən

ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər.

  • Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir.
  • Hərracın təşkilatçısma sifariş «Məhkəmə qərarlarının icrası haqqmda» Azərbaycan Respublikası Qanununa müvafıq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfmdən ödənilir.
  • Tərəflərin notariat qaydasmda təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predfneti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracm təşkilatçısına sifarişi verə bilərlər.

41.5. Hərrac açıq auksion formasında keçirilir.

 Maddə 42. Hərracm keçirilmə qaydası

42.1. Hərracm təşkilatçısı hərracm keçirilməsinə dair kütləvi informasiya vasitələrində
elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə
bildiriş göndərir. Birinci elan və bildiriş hərracm keçirilməsinə ən geci 30 təqvim günü
qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.

Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqmda məlumat olmalıdır. Hərracm iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.

42.2. Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə, hərracın
təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır.

Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir.

Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir.

  • Hərracm təşkilatçı, və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər.
  • Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur.
  • Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır.
  • Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqmda müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
  • Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir.

Alış .qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur.

42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanma
ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqmda qeydlərin müvafiq reyestrə daxil
edilməsi üçün əsas hesab olunur.

Maddə 43. Hərracın baş tutmamış elan edilməsi

43.1: Hərracın təşkilatçısı aşağıdak ıhallardan biri baş verdikdə,hərracın baş tutmadığı barədə hərracm keçirilməsinə dair elanm verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir:

  • hərraca iki nəfərdən az alıcı gəldikdə;
  • hərracm iştirakçısı olmadıqda;
  • hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə;
  • hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasm.

43.2.’ Bu Qanunun 43.1.1—43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracm keçirilməsinin təyin olunduğu və ya müvafıq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.   ,

  • Hərracm baş tutmaması barədə elanm dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasmda ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
  • İpoteka predmetinin ipoteka saxlayan tərəfındən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracm keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir.
  • Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.
  • Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracm qalibi olur.
  • Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.
  • İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
  • İpoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir.

Maddə 44. Hərracın etibarsız sayılması

Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasınm Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

Maddə 45. İpoteka predmetinin müqavilə üzrə açıq bazarda satılması

 

  • Birgə ipoteka saxlayanlarm tələbi ipoteka müqaviləsində müəyyən edilmiş qaydada, müəyyən olunmadıqda isə onların tələblərinə mütənasib olaraq bölüşdürülür.
  • Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.
  • İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur.

 

LPO ASC “Standard İnsurance” Sığorta Şirkətinin Əsas vəsaitlərinin açıq (və ya qapalı)  hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur

 

QAYDALARI

(yeni redaksiyada)

                                                                                            1 Ümumi müddəalar

1.1. Bu Qaydalar  Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə əsasən hazırlanmışdır və hazırda iflas proseduru çərçivəsində ləğvetmədə olan “Standard Insurance” Sığorta Şirkətinin (bundan sonra-  LPO Şirkət)  əsas vəsaitlərinin açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur qaydalarının hüquqi əsaslarını müəyyən edir.

1.2. Bu Qaydalar LPO Şirkətə məxsus əsas vəsaitlərin ləğv prosessi qaydasında  satışının obyektiv, şəffaf və  səmərəli şəkildə həyata keçirilməsi məqsədini daşıyır.

1.3. Əsas vəsaitlərinin satışı həyata keçirilən Ləğv Prosessində olan “Standard Insurance” Sığorta Şirkətinin Ləğvetmə Komissiyası mülki qanunvericiliklə müəyyən edilmiş qaydada hərracın sifarişçisi (bundan sonra - sifarişçi) qismində çıxış edir.

1.4. Hərracın təşkilatçısı (bundan sonra – təşkilatçı) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.2-ci maddəsinin müddəalarına müvafiq olaraq LPO Şirkət  ilə müqavilə əsasında hərəkət edən və hərracın keçirilməsi zamanı öz adından çıxış edən ixtisaslaşdırılmış hərrac təşkilatıdır.

1.5. Hərracın formasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.5-ci maddəsinə müvafiq olaraq LPO Şirkətin Ləğvetmə Komissiyası  tərəfindən bu qaydalara uyğun müəyyənləşdirilir. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmamışdırsa, Şirkətin əsas vəsaitlərinin satışı üzrə hərraclar bir qayda olaraq açıq auksion formasında, qanunverciliklə müəyyən edilən hallarda isə qapalı hərrac formasında həyata keçirilir.

1.6. Hərrac predmeti olan əsas vəsaitlərin ilkin satış qiyməti qanunvericiliklə ayrı qayda müəyyən edilmədikdə  “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq sərbəst (bazar) qiymətlər əsasında müəyyən edilir.

 

2 Hərracın təşkili və keçirilmə qaydası

2.1. Təşkilatçı, Sifarişçidən hərrac sifarişi aldıqdan sonra hərracın keçiriləcəyi tarixə ən geci 5 iş  günü qalmış kütləvi informasiya vasitələrində, hərracın təşkilatçısının rəsmi internet saytında, eləcə də geniş izləyici auditoriyasına malik sosial şəbəkələrdə və digər internet resurslarında hərraca çıxarılacaq əmlak barəsində elan dərc etdirir.

2.2. Elanda aşağıdakı məlumatlar əks olunmalıdır:

2.2.1. hər bir lot üzrə ayrılıqda satışa çıxarılan əmlakın siyahısı, təsviri, yerləşdiyi ünvan və digər xarakterik xüsusiyyətlər;

2.2.2. siyahı üzrə əmlakın ayrılıqda ilkin satış qiyməti və  müvafiq hallarda Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında nəzərdə tutulmuş əsas vəsaitlər üzrə yararlılıq vəziyyəti, istehlak və s. göstəriciləri barədə mütəxəssis rəyindən çıxarış;

2.2.3. hərracda iştirakın rəsmiləşdirilməsi, hərracda iştirak etmək üçün müraciətin vaxtı və digər sənədlərin qəbulu günü, son müddəti və yeri;

2.2.4. behin məbləği və köçürüləcəyi bank hesabı; əmlakın satışından əldə olunan vəsaitin köçürüləcəyi bank hesabları;

2.2.5. hərracın keçirilmə forması, keçirilmə qaydası, tarixi, vaxtı və yeri, hərracın təşkilatçısının əlaqə vasitələri;

2.2.6. Təşkilatçının adı, ünvanı və sair rekvizitləri.

2.3. Məlumatın dərc edildiyi gündən etibarən bu qaydalara uyğun olaraq hərracda iştirak etmək hüququnu əldə etmiş şəxslərə satışa çıxarılan əmlakla tanış olmaq imkanı yaradılır. Hərraca çıxarılan əmlakla tanış olduqdan sonra hərracın keçirilməsinə azı 1 (bir) iş günü qalmış hərraca buraxılmış şəxslər təşkilatçıya hərracda iştirakları barədə öz qərarlarını yazılı bildirə bilər.

2.4. Hərracda iştirak etmək üçün müraciət etmiş və müvafiq qaydada sənədləri tərtib edib, elanda göstərilən müddətdə təqdim etmiş, habelə elanda göstərilən bank hesabına behin köçürülməsi barədə sənəd təqdim etmiş şəxslər hərracda iştirak edə bilərlər. Hərracda iştirak etmək üçün müraciətlər bir qayda olaraq hərracın keçiriləcəyi tarixə azı 1 (bir) iş günü qalmış başa çatır. Hərracın keçiriləcəyi tarixə azı 1 (bir) iş günü qalmış hərracda iştirak etmək üçün müraciət etmiş şəxslərin istənilən formada müraciəti onların təşkilatçıya hərracda iştirak barədə öz qərarlarını bu qaydaların 2.3-cü bəndində göstərilmiş formada yazılı surətdə bildirmələrinə bərabər tutulur.

2.5. Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiq edilmiş) ərizə sifariş verən tərəfindən müəyyən olunmuş nümunəyə müvafiq olaraq təşkilatçıya verilir və ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

2.5.1. elanda göstərilmiş bank hesabına behin köçürüldüyünü təsdiq edən sənəd (beh məbləği kassa mədaxil qəbzi əsasında nəğd qaydada ödənilə bilər);

2.5.2. fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin surəti;

2.5.3. hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti.

2.6. Təşkilatçı tərəfindən aşağıdakı hallar müəyyən edildikdə, şəxslər hərracda iştirak etmək üçün buraxılmırlar:

2.6.1. hüquqi şəxs yenidən təşkil, ləğv və ya iflas prosesində olduqda;

2.6.2. şəxs özü haqqında dəqiq olmayan məlumat verdikdə;

2.6.3. sənədlər müraciətin qəbulu müddəti qurtardıqdan sonra təqdim edildikdə;

2.6.4. ərizə buna səlahiyyəti olmayan şəxs tərəfindən imza edilməklə təqdim olunduqda.

2.7. Elanda göstərilən siyahıya uyğun bütün sənədlər təqdim edilmədikdə, yaxud təqdim olunmuş sənədlər müvafiq qaydada tərtib olunmadıqda, sənədlərin qəbulundan imtina hərracın təşkilatçısı tərəfindən əsasları göstərilməklə edilir. Ərizəni və sənədləri qəbul edilməyən şəxslərin sənədləri imtinanın əsasları yazılı surətdə bildirilməklə növbəti iş günü ərzində ərizəçiyə qaytarılır.

2.8. Hərracda iştirak etmək üçün şəxslər ərizəni və ona əlavə olunmuş sənədləri hərracın təşkilatçısına təqdim edirlər.

2.9. Hərracın təşkilatçısı hər bir ərizəni və ona əlavə olunmuş sənədləri verilmə tarixi və vaxtını göstərməklə xüsusi jurnalda ardıcıllıqla qeyd edir.

2.10. Hərracın təşkilatçısı təqdim olunan sənədlərin siyahısının bir nüsxəsində ərizənin verilmə tarixini və vaxtını, habelə qeydiyyat jurnalındakı nömrəsini göstərməklə ərizəçiyə qaytarır.

2.11. Hərrac iştirakçılarına onların hərracda iştirak nömrəsini əks etdirən bilet verilir.

2.12. Şəxs hərracda iştirak etmək üçün ərizələrin qəbulu başa çatanadək öz ərizəsini geri götürə bilər. Bunun üçün şəxs hərracın təşkilatçısına yazılı müraciət etməlidir.

2.13. Sənədlərin qəbulu jurnalında hərracda iştirak etmək üçün ərizələrin geri götürülməsi barədə müvafiq qeyd aparılmalıdır.

2.14. Hərracın şərtlərinə uyğun olaraq hərracda iştirak etmək üçün ərizələrini geri götürmüş şəxslərin ödədiyi beh  2 (iki) iş günü ərzində geri qaytarılır.

2.15. Müraciətlər (ərizələr) qəbul edildikdən sonra müvafiq şəxslər hərracın iştirakçısı statusunu əldə edir. Təşkilatçı təqdim olunmuş ərizələrin və onlara əlavə olunmuş sənədlərin müvafiq qaydada saxlanılması üçün zəruri tədbirlər görür.

2.16. Təşkilatçı:

2.16.1. hərracın təşkil olunmasını və keçirilməsini təmin edir;

2.16.2. hərracın baş tutub-tutmadığını təsdiq edir;

2.16.3. hərracın gedişində mübahisəli vəziyyət yarandıqda, mübahisənin səbəbləri   aradan qaldırılanadək hərracı dayandırır. Mübahisənin səbəblərini aradan qaldırmaq mümkün olmadıqda, hərracı baş tutmamış elan edir;

2.16.4. hərracın yekunu barədə protokol tərtib edir, imzalayır möhürü ilə təsdiq edir və onu sifarişçiyə  təqdim edir (göndərir).

2.17. Hərrac aşağıdakı qaydada keçirilir:

2.17.1. Hərracda ən azı 2 nəfər (iştirakçı) iştirak etməlidir. Hərracda iştirak edəcək şəxslərin sayı 2 nəfərdən az olduqda hərrac baş tutmamış hesab olunur;

2.17.2. Satışa çıxarılan əmlakın ilkin satış qiyməti elan olunur. İlkin satış qiyməti elan olunarkən iştirakçılardan hər hansı birinin biletini qaldırmaması hərracın baş tutmaması və yenidən keçirilməsi üçün əsas hesab olunur. İlkin satış qiyməti və ya əlavələr edilməklə artırılan satış qiyməti elan olunduqda, hərracda iştirak edən şəxslər öz biletlərini qaldırmaqla elan olunmuş qiymətə əmlakı almağa razı olduqlarını bildirirlər;

2.17.3. hərracı aparan şəxs hər yeni elan olunmuş qiyməti üç dəfə təkrar edir. Elan olunmuş satış qiymətinə əmlakı almağa razı olan hərracda iştirakçılarının sayı iki və daha çox olduqda həmin qiymət iştirakçılar tərəfindən əlavə etmə yolu ilə artırılır. Artırılma (hərrac addımı) elan edilmiş qiymətin ən azı 1%-i qədər olmalı və müvafiq iştirakçı tərəfindən səsləndirilməlidir. Elan olunmuş satış qiymətinə əmlakı almağa yalnız bir iştirakçı razılıq verdiyi halda həmin şəxs hərracın qalibi hesab olunur. Bu halda hərracı aparan şəxs əmlakın satıldığını, satış qiymətini və qalib gəlmiş şəxsin biletinin nömrəsini bildirir;

2.17.4. ilkin satış qiyməti və ya əmlakın növbəti hərracda aşağı salınmış qiyməti 3 dəfə elan olunduqdan sonra iştirakçıların heç biri biletini qaldırmazsa, hərrac baş tutmamış hesab olunur;

2.17.5. birinci hərrac baş tutmadıqda və ya siyahı üzrə ayrılıqda əmlakın satışı baş tutmadıqda, hər növbəti hərraca azı 5 iş günü qalmış kütləvi informasiya vasitələrində, hərracın təşkilatçısının rəsmi internet saytında, geniş izləyici auditoriyasına malik sosial şəbəkələrdə hərracla bağlı bu qaydaların 2.2-ci bəndində qeyd olunan elan verilir. İkinci hərracda ilkin satış qiymətinin 5 faizinədək, üçüncü hərracda ilkin satış qiymətinin 10 faizinədək, dördüncü hərracda ilkin satış qiymətinin 15 faizinədək, beşinci hərracda ilkin satış qiymətinin 20 faizinədək, altıncı hərracda isə ilkin satış qiymətinin 25 faizinədək  aşağı salınır;

2.17.6. bu zaman sonrakı hərraclar arasındakı müddət 10 iş günündən az olmamalıdır;

2.17.7. hərrac başa çatdıqdan sonra hərracın təşkilatçısı hərracın yekunları üzrə 3 (üç) nüsxədə protokol tərtib edir və qanunvericiliyə uyğun olaraq Sifarişçi və Alıcı arasında alqı-satqı müqaviləsi imzalanır;

2.17.8. protokol qalib gəlmiş şəxs və ya onun nümayəndəsi tərəfindən 3 nüsxədə imzalanır. Protokolda sifarişçi və qalib gəlmiş şəxs barədə qısa məlumatlar, satılan əmlakın adı,  siyahısı və satış qiyməti, satış qiymətinin ödəniləcəyi bank hesabları, hərracda qalib gəlmiş şəxsin verdiyi beh məbləğinin imzalanmış protokol üzrə öhdəliklərin icrası hesabına daxil edilməsi, habelə tərəflərin digər hüquq və vəzifələri əks olunur. Protokolun bir nüsxəsi qalib gəlmiş şəxsə verilir. Hərracın qalibi və hərracın təşkilatçısı hərrac başa çatdığı gün protokolu imzalamalıdır. İmzalanmış protokol 2 (iki) iş günündən gec olmayaraq sifarişçiyə (satıcıya) təqdim olunmalıdır;

2.17.9. qalib gəlmiş şəxs qanunvericiliyə uyğun tərtib edilmiş protokolu imzalamaqdan imtina etdikdə, verdiyi beh geri qaytarılmır;

2.17.10. hərrac baş tutmadıqda beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onun qalibi olmayan şəxslərin behi 5 (beş) iş günü müddətində geri qaytarılır;

2.17.11. hərrac baş tutmadığı hallarda hərracın təşkilatçısı tərəfindən bu barədə protokol tərtib edilir;

2.17.12. Hərracın yekunları haqqında məlumat hərracın keçirildiyi gündən 7 (yeddi) təqvim günü müddətində elanın verildiyi kütləvi informasiya vasitələrində dərc edilir;

2.17.13. Hərracın qalibi ilə sifarişçi arasında müqavilə imzalandığı andan ən geci beş iş günü müddətində hərracın qalibi ödəməli olduğu pul vəsaitini satıcının müəyyən etdiyi bank hesabına köçürür;

2.17.14. Əmlakın (və ya müəyyən lotun) qiymətinin tam ödənildiyini təsdiq edən ödəniş sənədi (sənədləri) təqdim edildikdən sonra əmlaka (lota) mülkiyyət hüququ hərracın qalibinə keçir;

2.17.15. Əmlakın satışı üzrə keçirilmiş hərraclar baş tutmadıqda hərracın təşkilatçısı tərəfindən hərracın yekunları haqqında kütləvi informasiya vasitələrində bu qaydaların 2.17.12-ci bəndində göstərilmiş məlumat dərc edildikdən və bu qaydaların 2.17.11-ci bəndində göstərilmiş protokol tərtib edildikdən sonra ən geci 10 iş günü ərzində sifariş hərracın təşkilatçısı tərəfindən hərracın sifarişçisinə geri qaytarılmalı, hərrac sifarişi geri qaytarıldıqdan sonra həmin əmlak bir qayda olaraq 30 gündən gec olmayaraq bazar şərtləri və konyunkturası nəzərə alınmaqla yenidən qiymətləndirilərək, bu qiymət əsasında açıq hərracdan satılması ilə bağlı hərrac təşkilatçısına yeni hərrac sifarişi verilməlidir. Növbəti hərrac sifarişi üzrə hərraclar bu qaydaların 2.17-cu bəndində göstərilmiş qaydada həyata keçirilir.

2.18. Əsas vəsaitlərinin satışı üzrə hərraclarda “Sifarişçi”nin əməkdaşları, eləcə də “Sifarişçi”yə aidiyyatı olan şəxslərin, inzibatçıların, mühüm iştirak payına malik olan səhmdarların, hərracın təşkilatçısının və sifarişçisinin vəzifəli şəxslərinin və onların yaxın qohumlarının (bacı, qardaş, ər-arvad, ata, ana, övladlar, övladlığa götürənlər və ya götürülənlər, nənə, baba) birbaşa və ya dolayısı ilə iştirak etməsinə yol verilmir.

2.19. Sifarişçi tərəfindən müəyyən edilən behin məbləği daşınmaz əmlak üzrə əsas vəsaitin ilkin satış qiymətinin 1 (bir) faizi, daşınar əmlaklar üzrə 5(beş) faizi həcmində müəyyənləşdirilir.

 

3.  Hərrac üzrə ximət haqqı ( hərrac xidmətləri)

3.1. Hərrac üzrə xidmət haqqı (hərrac xərcləri) hərrac predmetinin satış qiymətinə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir:

- Satış dəyəri 500 manatadək olan əmlaklar üzrə 25 manat;

- Satış dəyəri 500 manatdan 1 000 manatadək olan əmlaklar üzrə ilk 500 manat üçün 25 manat və hər sonrakı 100 manat üçün 5 manat;

- Satış dəyəri 1 000 manatdan 500 000 manatadək olan əmlaklar üzrə ilk 1 000 manat üçün 50 manat və hər əlavə 1 000 manat üçün 20 manat;

- Satış dəyəri 500 000 manatdan 1 000 000 manatadək olan əmlaklar üzrə ilk 500 000 manat üçün 10 000 manat və əlavə olaraq hər 100 000 manat üçün 1 000 manat.

 Dəyəri 1 000 000 manatdan yuxarı olan əmlaklar üzrə xidmət haqqı (hərrac xərcləri) 15 000 manatdan az olmamaqla qarşılıqlı razılıq əsasında müəyyən edilir.

 

4.Hərracın nəticələri üzrə mübahisələrin həlli qaydaları

4.1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.2-ci maddəsinin müddəalarına müvafiq olaraq hərracın etibarsız sayılması hərracın qalibi ilə bağlanmış müqavilənin etibarsızlığına səbəb olur.

4.2. Hərracın nəticələri ilə razılaşmayan hərrac iştirakçıları qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərracın nəticələrini mübahisələndirmək hüququna malikdirlər. 

Azərbaycan Respublikası Vergi Məcəlləsindən cıxarış

Maddə 90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası

90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçünməhkəməyə müraciət edə bilər. [404]

Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər.[405]

90.2. Məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır.

90.3. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilat (bundan sonra – hərracın təşkilatçısı) tərəfindən ixtisaslaşdırılmış açıq hərraclarda (bundan sonra – hərrac) satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi icra məmuru tərəfindən təmin edilir.[406]

Vergi ödəyicisinin siyahıya alınmış əmlakı icra məmurunun sifarişinə əsasən elektron hərrac vasitəsi ilə də satıla bilər. Elektron hərracın təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. [407]

Müvafiq icra hakimiyyəti orqanı vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışından əldə olunan vəsait barədə, habelə siyahıya alınmış əmlakın hərracda (o cümlədən elektron hərracda) və ya ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satılması üçün icra məmurları tərəfindən edilmiş sifarişlər barədə rüblük məlumatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına elektron şəkildə təqdim edir. [408]

Əmlakın hərracda satılması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakı, qanunvericiliyə müvafiq olaraq tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna edilməklə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən qiymətləndirilir.

Məhkəmə qərarlarına əsasən verilən icra vərəqələri daxil olduqdan 10 (on) gün müddətində qiymətləndirici icra məmuru tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada dəvət olunur. Qiymətləndiricinin xidməti məhkəmənin qərarı ilə əmlakı satılan vergi ödəyicisi tərəfindən ödənilir.[409]

Həmin əmlak aşağıdakı qaydada satılır:[410]

90.3.1. Əmlakın hərracda satışı – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt qoyulmadan satışıdır. Bu zaman ən yüksək qiymət təklif etmiş alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir.

90.3.2. Hərracın təşkilatçısı kimi ixtisaslaşdırılmış təşkilat çıxış edir. İxtisaslaşdırılmış təşkilat hərracı icra məmurunun sifarişi əsasında həyata kecirir.

90.3.3. İcra məmurunun sifarişinə aşağıdakı sənədlər əlavə edilməlidir:

90.3.3.1. vergi ödəyicisinin əmlakının hərracda satışı barədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti[411]

90.3.3.2. icraata başlanılması barədə məhkəmə qərarına əsasən verilən icra sənədinin surəti[412]

90.3.3.2-1. əmlakın fotoşəkli, yerləşdiyi ünvan barədə məlumat; [413]

90.3.3.3. əmlakın ilkin satış qiyməti barədə məlumat;

90.3.3.4. əmlakın satışından əldə olunan vəsaitin köçürüləcəyi bank hesabının nömrəsi;

90.3.3.5. əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən tərtib edilmiş aktın surəti;

90.3.3.6. daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair qanunvericiliyə müvafiq olaraq zəruri olan sənədlərin surəti[414]

90.3.3.7. ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti;

90.3.3.8. uzunmüddətli icarə hüququ satıldıqda, müqavilənin surəti və qanunvericiliklə nəzərdə tutulmuş hallarda belə müqavilənin dövlət qeydiyyatını təsdiq edən sənədin surəti;

90.3.3.9. tikintisi başa çatmamış obyekt üzərində hüquq satıldıqda əlavə olaraq torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin və tikintiyə icazənin surətləri[415]

Məhkəmənin qərarı qüvvəyə mindiyi gün siyahıya alınmış əmlakın yararlılıq müddəti 60 gündən tez başa çatdıqda və ya qida məhsulu olduqda icra məmuru hərracın təşkilatçısına sənədləri 3 gün müddətində təqdim etməlidir.

90.3.4. Hərracın təşkilatçısı bu məcəllənin 90.3.3-cü maddəsində göstərilən sənədləri aldıqdan sonra hərracın keçiriləcəyi tarixə ən azı 20 gün, yararlılıq müddəti başa çatmaqda, habelə yararsız hala düşmək təhlükəsi olan ərzaq və qeyri-ərzaq məhsulu olan əmlak satıldıqda isə ən azı 5 gün qalmış kütləvi informasiya vasitələrində, o cümlədən internet saytlarında və sosial şəbəkələrdə hərraca çıxarılacaq əmlak barəsində elan dərc etdirir.[416]

90.3.5. Elanda aşağıdakı məlumatlar əks olunmalıdır:

90.3.5.1. hər bir lot üzrə ayrı-ayrılıqda satışa çıxarılan əmlakın siyahısı, fotoşəkli, yerləşdiyi ünvan; [417]

90.3.5.2. siyahı üzrə əmlakın ayrı-ayrılıqda ilkin satış qiyməti;

90.3.5.3. hərracda iştirak etmək üçün sifariş və digər sənədlərin qəbulu günü, son müddəti və yeri;

90.3.5.4. əmlakın sahibi barədə məlumat;

90.3.5.5. ilkin satış qiymətinin daşınmaz əmlakın 5 faizi, daşınan əmlakın 10 faizi həcmində hesablanan behin məbləği və həmin məbləğin köçürüləcəyi bank hesabı;

90.3.5.6. əmlakın satışından əldə olunan vəsaitin köçürüləcəyi bank hesabları və bu hesablara köçürüləcək vəsaitin miqdarı;

90.3.5.7. hərracın keçirilmə tarixi, vaxtı və yeri, əlaqə telefonunun nömrəsi;

90.3.5.8. hərracın təşkilatçısının adı, ünvanı, əlaqə telefonu və sair rekvizitləri.

90.3.6. Məlumatın dərc edildiyi andan qanunvericiliyə uyğun olaraq hərracda iştirak etmək hüququnu əldə etmiş şəxslərə satışa çıxarılan əmlakla tanış olmaq imkanı yaradılır.

Satışa çıxarılan əmlakla tanış olduqdan sonra hərracın keçirilməsinə 5 gün qalmış hərraca buraxılmış şəxslər hərracın təşkilatçısına hərracda iştirak edib-etməyəcəkləri barədə öz qərarlarını yazılı surətdə bildirməlidirlər.

90.3.7. Hərracda iştirak etmək üçün müraciət etmiş və müvafiq qaydada sənədləri tərtib edib, elanda göstərilən müddətdə təqdim etmiş, habelə elanda göstərilən bank hesabına behin köçürülməsi barədə bildiriş təqdim etmiş şəxslər hərracda iştirak edə bilərlər.

90.3.8. Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiq edilmiş) ərizə sifariş verən tərəfindən müəyyən olunmuş nümunəyə müvafiq olaraq hərracın təşkilatçısına verilir və ərizəyə aşağıdakı sənədlər əlavə edilir: [418]

90.3.8.1. elanda göstərilmiş bank hesabına behin köçürüldüyünü təsdiq edən sənəd;

90.3.8.2. fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin  surəti; [419]

90.3.8.3. hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin  surəti.

90.3.9. Hərracın təşkilatçısı tərəfindən aşağıdakı hallar müəyyən edildikdə, şəxslər hərracda iştirak etmək üçün buraxılmırlar:

90.3.9.1. hüquqi şəxs yenidən təşkil olunma, ləğv olunma yaxud müflis vəziyyətində olduqda;

90.3.9.2. şəxs özü haqqında dəqiq olmayan məlumat verdikdə;

90.3.9.3. sənədlər sifarişlərin qəbulu müddəti qurtardıqdan sonra təqdim edildikdə;

90.3.9.4. ərizə müvafiq səlahiyyəti olmayan şəxs tərəfindən təqdim edildikdə;

90.3.9.5. məlumatda göstərilən siyahıya uyğun bütün sənədlər təqdim edilmədikdə, yaxud təqdim olunmuş sənədlər müvafiq qaydada tərtib olunmadıqda.

90.3.10. Sənədlərin qəbulundan imtina hərracın təşkilatçısı tərəfindən əsasları göstərilməklə edilir. Ərizəni və sənədləri qəbul edilməyən şəxslərin sənədləri, imtinanın əsasları yazılı surətdə bildirilməklə, növbəti iş günü ərzində qaytarılır.

90.3.11. Hərracda iştirak etmək üçün şəxslər ərizəni və ona əlavə olunmuş sənədləri, habelə təqdim olunan sənədlərin 2 nüsxədən ibarət siyahısını hərracın təşkilatçısına təqdim edirlər.

Hərracın təşkilatçısı hər bir ərizəni və ona əlavə olunmuş sənədləri verilmə tarixi və vaxtını göstərməklə xüsusi jurnalda ardıcıllıqla qeyd edir.

Hərracın təşkilatçısı təqdim olunan sənədlərin siyahısının bir nüsxəsində ərizənin verilmə tarixini və vaxtını, habelə qeydiyyat jurnalındakı nömrəsini göstərməklə ərizəçiyə qaytarır.[420]

90.3.12. Hərrac iştirakçılarına onların hərracda iştirak etmək nömrəsini əks etdirən bilet verilir.

90.3.13. Şəxs hərracda iştirak etmək üçün ərizələrin qəbulu başa çatanadək öz ərizəsini geri götürə bilər. Bunun üçün şəxs hərracın təşkilatçısına yazılı müraciət etməlidir.

Sənədlərin qəbulu jurnalında hərracda iştirak etmək üçün ərizələrin geri götürülməsi barədə müvafiq qeyd aparılmalıdır.

Hərracın şərtlərinə uyğun olaraq hərracda iştirak etmək üçün ərizələrini geri götürmüş şəxslərin ödədiyi beh geri qaytarılır.

90.3.14. Hərracda iştirak etmək üçün müraciət edən şəxslərin hərraca buraxılıb-buraxılmaması barədə hərracın təşkilatçısının qərarı protokolla rəsmiləşdirilir. Bu protokolda müraciətləri (ərizələri) qəbul edilən və rədd edilən şəxslərin adları qeyd edilir. Müraciətlərinin (ərizələrinin) rədd edilməsinin əsasları şəxslərə yazılı surətdə bildirilir.

Müraciətlərin (ərizələrin) qəbuluna dair protokol imzalandıqdan sonra müvafiq şəxslər hərracın iştirakçısı statusunu əldə edir.

90.3.15. Hərracın təşkilatçısı təqdim olunmuş ərizələrin və onlara əlavə olunmuş sənədlərin müvafiq qaydada saxlanılması üçün zəruri tədbirlər görür.

90.3.16. Çıxarılmışdır.[421]

90.3.17. Çıxarılmışdır.[422]

90.3.18. Çıxarılmışdır.[423]

90.3.19. Hərracın təşkilatçısı:[424]

90.3.19.1. hərracın təşkil olunmasını və keçirilməsini təmin edir;

90.3.19.2. satışın baş tutub-tutmadığını təsdiq edir;

90.3.19.3. hərracın gedişində mübahisəli vəziyyət yarandıqda mübahisənin səbəbləri aradan qaldırılanadək hərracı dayandırır. Mübahisənin səbəblərini aradan qaldırmaq mümkün olmadıqda hərracı baş tutmamış elan edir;

90.3.19.4. hərracın yekunu barədə protokol tərtib edir və onu təsdiq etmək üçün sifariş verənə təqdim edir.

90.3.20. Hərrac aşağıdakı qaydada keçirilir:

90.3.20.1. satışa çıxarılan əmlakın ilkin satış qiyməti elan olunur. İlkin satış qiyməti və ya əlavələr edilməklə artırılan satış qiyməti elan olunduqda, hərrəcda iştirak edən şəxslər öz biletlərini qaldırmaqla elan olunmuş qiymətə əmlakı almağa razı olduqlarını bildirirlər;

90.3.20.2. hərracı aparan hər yeni elan olunmuş qiyməti üç dəfə təkrar edir. Elan olunmuş satış qiymətinə əmlakı almağa razı olan hərracda iştirakçılarının sayı iki və daha çox olduqda həmin qiymət iştirakçılar tərəfindən əlavəetmə yolu ilə artırılır. Elan olunmuş satış qiymətinə əmlakı almağa yalnız bir iştirakçı razılıq verdiyi halda həmin şəxs hərracın qalibi hesab olunur. Bu vaxt hərracı aparan ºəxs əmlakın satıldığını, satış qiymətini və qalib gəlmiş şəxsin biletinin nömrəsini bildirir;

90.3.20.3. ilkin qiymət və ya əmlakın növbəti hərracda aşağı salınmış qiyməti 3 dəfə elan olunduqdan sonra iştirakçıların heç biri biletini qaldırmazsa, hərrac baş tutmamış hesab olunur;

90.3.20.4. birinci hərrac baş tutmadıqda və ya siyahı üzrə ayrı-ayrılıqda əmlakın satışı baş tutmadıqda, hər növbəti hərraca 10 gün qalmış kütləvi informasiya vasitələrində, o cümlədən internet saytlarında və sosial şəbəkələrdə hərracla bağlı 90.3.5-ci maddədə qeyd olunan elan verilir. İkinci hərracda qiymət birinci hərracda satılmayan əmlakın və ya onun ayrılıqda siyahı üzrə satılmayan hissəsinin ilkin satış qiymətinin 20 faizi, üçüncü hərracda isə 40 faizinədək aşağı salına bilər;[425]

90.3.20.5. bu zaman  sonrakı hərraclar arasındakı müddət 10 gündən, yararlılıq müddəti başa çatan (yaxud, bu müddət ərzində qurtaran) əmlakın növbəti hərracları arasındakı müddət isə 3 gündən çox olmamalıdır; [426]

90.3.20.6. yararlılıq müddəti başa çatmış yeyinti məhsullarının hərraca yenidən qida məhsulları qismində çıxarılması qadağandır. Bu əmlak qanunvericiliyə uyğun olaraq heyvanların yemləndirilməsi üçün istifadəyə yararlı olduqda 5 gün müddətində qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən qiymətləndirilərək hərracda satılmalıdır;

90.3.20.7. hərrac başa çatdıqdan sonra hərracın təşkilatçısı hərracın yekunları üzrə iki nüsxədə protokol tərtib edir və qanunvericiliyə uyğun olaraq  sifarişçi və alıcı arasında alqı-satqı müqaviləsi imzalanır;[427]

90.3.20.8. protokol qalib gəlmiş şəxs və ya onun nümayəndəsi,  tərəfindən 2 nüsxədə imzalanır. Protokolda sifarişçi və qalib gəlmiş şəxs barədə qısa məlumatlar, satılan əmlakın siyahısı və satış qiyməti, satış qiymətinin ödəniləcəyi bank hesabları, hərracda qalib gəlmiş şəxsin verdiyi beh məbləğinin imzalanmış protokol üzrə öhdəliklərin icrası hesabına daxil edilməsi, habelə tərəflərin digər hüquq və vəzifələri əks olunur. Protokolun bir nüsxəsi qalib gəlmiş şəxsə verilir. Hərracın qalibi və hərracın təşkilatçısı hərrac başa çatdığı gün protokolu imzalamalıdır. İmzalanmış protokol üç gündən gec olmayaraq satıcıya təqdim olunmalıdır. Alqı-satqı müqaviləsində satılmış obyektin adı (siyahısı), onun alınma qiyməti, sifarişçi və qalib gəlmiş şəxs barədə və qanunvericiliyə müvafiq olaraq digər məlumatlar göstərilir. Müqavilə protokol imzalandığı gündən 5 gün müddətində imzalanmalıdır;[428]

90.3.20.9. qalib gəlmiş şəxs qanunvericiliyə uyğun tərtib edilmiş protokolu imzalamaqdan imtina etdikdə, verdiyi beh geri qaytarılmır. Həmin protokolu imzalamaqdan imtina edən sifarişçi qalib gəlmiş şəxsə behi ikiqat məbləğdə geri qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Ziyanın məbləği sifarişçinin və qalib gəlmiş şəxsin razılığı əsasında müəyyən edilir. Tərəflər razılığa gəlmədikdə zərərin məbləği onların birinin ərizəsi əsasında məhkəmə qaydasında müəyyən edilir;

90.3.20.10. hərrac baş tutmadıqda beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin behi 5 bank günü müddətində geri qaytarılır;

90.3.20.11. hərrac baş tutmadığı hallarda hərracın təşkilatçısı tərəfindən protokol tərtib edilir.[429]

Azərbaycan Respublikasının Mülki Məcəlləsi (çıxarış)

Maddə 414. Müqavilənin hərracda bağlanması

414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.

414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi