Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN

Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-366/2021 saylı, 07.07.2021-ci il tarixli verilmiş icra vərəqəsinə əsasən, Yevlax rayon İcra Şöbəsini tərəfindən verilmiş 112/1 saylı, 01.03.2022-ci il tarixli sifariş üzrə, borclu “Prime Brick” MMC-yə məxsus, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 11.01.2021-ci il tarixli, 20222282999, 20222344665 saylı protokola əsasən  siyahıya alınmış, Türkiyə istehsalı, sarı rəng, 8x10x25 sm ölçülü, 1ədədinin qiyməti 1.20 (bir manat iyirmi qəpik) manat ümumilikdə dəyəri isə 125.760 (yüz iyirmi beş min yeddi yüz altmış) manat məbləğində olan 104800 ədəd kərpic Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinin tələblərinə uyğun olaraq açıq hərracda satılmalıdır.


İlkin hərrac açıq auksion qaydasında keçirilməklə  31 mart 2022-ci il tarixi, saat 1100-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.

Əmlakın ilkin satış qiyməti 125.760 (bir yüz iyirmi beş min yeddi yüz altmış) manat məbləğində müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 10%-i, yəni 12.576 (on iki min beş yüz yetmiş altı) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nağd qaydada ödənilməlidir.

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) bank günü ərzində sifarişçi Yevlax rayon İcra Şöbəsininin depozit hesabına ödənilməlidir.

Hərrac addımı - ilkin satış qiymətinin 1%-dən az olmamaqla

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinin tələblərə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99412) 539-47-22 ; (+99450) 505-08-09
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

 

125,760 AZN