Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-975/2016 saylı, 14.10.2016-cı il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-845/2017 saylı, 09.06.2017-ci il  icra vərəqələrinə əsasən, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən verilmiş 17/72-215158/31-10449 saylı, 26.07.2023-cü il tarixli  sifariş üzrə, Hacıyev Cahangir Fevzi oğluna məxsus olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 384A, 390A, 388 saylı bağ sahələrinə  dair 07 noyabr 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş təkrar  hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin əmlaklar ilkin satış qiymətindən 20% aşağı qiymətə yəni, 384A saylı bağ sahəsi üzrə 124.000 (bir yüz iyirmi dörd min) manat, 390A saylı bağ sahəsi üzrə 115.200 (bir yüz on beş min iki yüz) manat, 388 saylı bağ sahəsi üzrə 115.200 (bir yüz on beş min iki yüz) manata təkrar (II) açıq hərraca çıxarılmışdır.                  

Təkrar hərrac 21 noyabr 2023-cü il, saat 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.     

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 384A saylı bağ sahəsi üzrə 6.200 (altı min iki yüz) manat, 390A saylı bağ sahəsi üzrə 5.760 (beş min yeddi yüz altmış) manat, 388 saylı bağ sahəsi üzrə 5.760 (beş min yeddi yüz altmış) manat  miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.         

H/h: AZ87AIIB400600C9444230278103   

Bank: Kapital bank 1 saylı Yasamal filialı  

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX  

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 1%-dən az olmamaqla.   

Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) iş günü ərzində sifarişçi Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin  depozit hesabına ödənilməlidir.        

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin və sifarişçi İcra Şöbəsi ilə bağlanmış Müqavilə və ona aid “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur Qaydaları”na əsasən uyğun həyata keçiriləcəkdir.

“Əmlakın açıq hərracda satışı üzrə hərracın təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsinin prosedur Qaydaları” ilə www.e-herrac.com internet saytında (Ana səhifə bölümündən) tanış ola bilərsiniz

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Nəsimi ray., Fikrət Əmirov 11/1

Tel: (+99450) 210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

354,400 AZN