Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1766/2021 saylı, 29.11.2021-ci il tarixli (12 yanvar 2022-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən verilmiş 8795/22 saylı, 16.05.2022-ci il tarixli sifariş üzrə, borclu Verdiyev Sənan Xanlar oğluna məxsus, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən siyahıya alınmış, dəyəri 170 (bir yüz yetmiş) manat məbləğində olan 1 ədəd, “LG” markalı, 105 dioqanallı televizor, dəyəri 250 (iki yüz əlli) manat məbləğində olan, “Supermax” markalı, 200 dioqanallı 1 ədəd televizor, dəyəri 70 (yetmiş) manat məbləğində olan 1 ədəd, Yapon istehsalı videomaqnitafon, dəyəri 280 (iki yüz səksən) manat məbləğində olan, 1 ədəd, “Panasonik” markalı, 200 dioqanallı televizor və dəyəri 190 ( bir yüz doxsan) manat məbləğində olan. 1 ədəd, “LG” markalı, 105 dioqanallı televizor Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinin tələblərinə uyğun olaraq açıq hərracda satılmalıdır.


İlkin hərrac açıq auksion qaydasında keçirilməklə  10 iyun 2022-ci il tarixi, saat 1100-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.

Əmlakın ilkin satış qiyməti “LG” markalı  televizor üzrə 170 (bir yüz yetmiş) manat, “Supermax” markalı

televizor üzrə 250 (iki yüz əlli)   manat, Videomaqnitafon  üzrə 70 (yetmiş)  manat,“Panasonik” markalı

 televizor üzrə 280 (iki yüz səksən) manat, “LG” markalı  televizor üzrə 190 ( bir yüz doxsan) manat

məbləğində müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 10%-i, yəni “LG” markalı  televizor üzrə 17 (on yeddi) manat, “Supermax” markalı televizor üzrə  25 (iyirmi beş) manat, Videomaqnitafon  üzrə  7 (yeddi ) manat, “Panasonik” markalı televizor üzrə 28 (iyirmi səkkiz) manat, “LG” markalı  televizor üzrə 19 (on doqquz) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına ödənilməlidir.

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) bank günü ərzində sifarişçi AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinin depozit hesabına ödənilməlidir.

Hərrac addımı - ilkin satış qiymətinin 1%-dən az olmamaqla

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99412) 539-47-22 ; (+99450) 505-08-09
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

960 AZN