Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

LPO “GünayBank” ASC (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) tərəfindən verilmiş 2328200900305 saylı, 08.09.2023-cü il tarixli sifariş üzrə siyahıya alınmış əmlaklar açıq hərracda satılmalıdır.  

Marka/Model

 Say

 

Bazar dəyəri

1

Divan

2

700

2

Divan

1

1050

3

Güzgülü paltar dolabı

1

1190

4

 Jurnal masası

3

490

5

Kreslo 

1

1330

6

Kreslo 

1

840

7

Kreslo 

1

910

8

 Künc divanı

1

1190

9

 Künc dolabı

1

1190

10

 İclas masa oturacaqları

7

560

11

 İclas masası

1

1680

12

Masa 

1

70

13

 Masa 

1

2800

14

Sənəd dolabı 

1

910

15

Dolab 

1

280

16

Telefon masası 

1

350

17

 Televizor altlığı

2

630

18

“Samsung UE 55” markalı televizor

1

559

19

“Samsung UE 65” markalı televizor

1

912

20

Monoblok HP Pavilion 27-a155ur

1

924

21

Çılçıraq

1

630

22

Pərdə 

1

210

 


İlkin hərrac açıq auksion qaydasında keçirilməklə  10 oktyabr 2023-cü il tarixi, saat 1000-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə 123 ünvanında keçiriləcəkdir.

Əmlakın ilkin satış qiyməti 25.075 (iyirmi beş min yetmiş beş) manat məbləğində

müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni 1.253,75 (bir min iki yüz əlli üç manat yetmiş beş qəpik) manat  məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac  təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına ödənilməlidir.

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) bank günü ərzində sifarişçi LPO “GünayBank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilməlidir.

Hərrac addımı - ilkin satış qiymətinin 1%-dən çox olmamaqla

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinə uyğun olaraq, sifarişçi Əmanətlərin Sığortalanması Fondu ilə bağlanmış Müqavilə və ona aid “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur Qaydaları”na uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Kazım Kazımzadə 123.

Tel: (+99450) 210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

 

25,075 AZN