Seçilmişlər

Açıq hərracın keçirilməsinə dair

Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkətinin Ləgvetmə komissiyasının sifarişi ilə ləğvetmədə olan şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş ümumilikdə  sahəsi 279,9 m2 olan 4 (dörd) mənzil yenidən qiymətləndirildikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi , ev 251, mənzil 20 (ümumi sahəsi 56.6 m2), Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi , ev 251, mənzil 49 (ümumi sahəsi 46.5 m2), Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi , ev 251, mənzil 50 (ümumi sahəsi 52.7 m2) və Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi , ev 96, mənzil 65 (ümumi sahəsi 114.7 m2) açıq hərraca çıxarılmışdır. Hərrac açıq auksion formasında sifarişçinin müəyyənləşdirdiyi qaydalara uyğun keçirilməklə  01 oktyabr 2021-ci il tarixə, saat 11 00-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.

Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzilin ümumilikdə ilkin satış qiyməti 1.500.000 (bir milyon beş yüz min) manat məbləğində müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 1 %-i, yəni 15.000 (on beş min) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac sifarişçisinin aşağıda göstərilən hesablaşma hesabına ödənilməlidir.

Adı: Ləğv prosesində olan ASC “Standard Insurance” Sığorta Şirkəti

Hesab №: AZ52PAHA35090AZNHC0190000581    

VÖEN: 1300115641

Bank Adı: Paşa Bank ASC           

Kodu: 505141

VÖEN: 1700767721   

Müxbir hesab: AZ82NABZ01350100000000071944  

S.W.I.F.T. PAHAAZ22

Hərrac addımı - əmlakın ilkin satış qiymətinin ən az 1 %-i qədər olmalıdır.

QEYD: Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) iş günü qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.

1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);

2) Elanda göstərilmiş hərrac predmetinə dair behin hərracın sifarişçisinin hesabına ödənildiyini təsdiq edən sənəd;

3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

5) Hərracın iştirakçılarına onların hərracda iştirakı statusunu əldə etməsini müəyyənləşdirən bilet verilir;

6) şəxs hərracda iştirak etmək üçün ərizənin qəbulu başa çatanadək təşkilatçıya yazılı formada müraciət etməklə, öz ərizəsini geri götürə bilər;

7) Ərizənin geri götürülməsi hərracın şərtlərinə uyğun olduqda, ödənilmiş beh məbləği geri qaytarılır.

8) Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin behi 2 (iki) bank günü müddətində geri qaytarılır;

9) Hərracda iştirak etmək hüququ əldə etmiş şəxslərə “sifarişçi” və (ya) “təşkilatçı” tərəfindən satışa çıxarılan əmlakla tanış olmaq imkanı yaradılır;

Hərracın qalibi hərracın yekunları barədə alqı-satqı müqaviləsinin bağlandığı vaxt ödəməli olduğu pul vəsaitini “sifarişçi” nin hesablaşma hesabına köçürməlidir.

Hərracın təşkilatçısı

“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99412) 539-47-22 ; (+99455) 745-25-56

e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

Sifarişçinin əlaqə telefonları: 050-253-33-05 ; 055-213-51-35

 

1,500,000 AZN