Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Gəncə şəhəri 6 saylı Notariat Ofisinin 8i-139 saylı, 17.01.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Şəmkir rayon İcra Şöbəsi tərəfindən verilmiş 14366/2022-11 saylı, 16.05.2022-ci il tarixli (daxil olma 10.06.2022-ci il) sifarişi üzrə, tələbkar  “Bank Respublika” ASC-nin  xeyrinə ipoteka ilə yüklü edilmiş, Şəmkir rayonu, Qılıncbəyli kəndində 2.106 ha torpaq sahəsi, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 4.6267 ha torpaq sahəsi, Şəmkir rayonu, Qılıncbəyli kəndində 0.3155 ha torpaq sahəsində yerləşən əmlakk kompleksi kimi müəssisə, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 2.9869 ha torpaq sahəsi, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 1.019 ha torpaq sahəsi, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 1.8535 ha torpaq sahəsi və Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 2.4048 ha torpaq sahələriaçıq hərracda satılmalıdır.  

 
İlkin hərrac açıq auksion qaydasında keçirilməklə  05 iyul 2022-ci il tarixi, saat 1100-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.

Əmlakın ilkin satış qiyməti ümumilikdə 317.473.65 (üç yüz on yeddi min dörd yüz yetmiş üç manat altmış beş qəpik) manat məbləğində müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni 15.874 (on beş min səkkiz yetmiş üç) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir. H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Şəmkir rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.

Hərrac addımı - ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: 050-210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

317,474 AZN