- Ana səhifə
- 〉
- Daşınmaz əmlak
- 〉
- AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR
Seçilmişlər
AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR
Bakı Apellyasiya Məhkəməsinin 2(103)-68/2021 saylı, 10.11.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsi tərəfindən verilmiş 17-65/-113537/2022 saylı, 20.06.2022-ci il tarixli sifarişi üzrə, borclu “Fidan” şirkətinə məxsus, tələbkar LPO “Bank of Azerbaijan” ASC-nin ( ləğvedici Əmanətlərin Sığortalanması Fondu) xeyrinə ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Ələt-Hacıqabul yolunun 6-7 km-də yerləşən əmlak kompleksi açıq hərracda satılmalıdır.
İlkin hərrac açıq auksion qaydasında keçirilməklə 18 iyul 2022-ci il tarixi, saat 1100-a (növbəlik qaydasında) təyin edilmişdir.
Hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.
Əmlakın ilkin satış qiyməti 2.000.000 (iki milyon) manat məbləğində müəyyənləşdirilmişdir.
Hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni 1.00.000 (bir yüz min) manat məbləğində beh
ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac
təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada
ödənilməlidir.
H/h: AZ87AIIB400600C9444230278103
Bank: Kapital bank 1 saylı Yasamal filialı
VÖEN – 9900003611
Kodu: 200037
M/H:AZ37NABZ01350100000000001944
SWIFT : AIIBAZ2XXX
Hərrac addımı - ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla
Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;
4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.
Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC
Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.
Tel: 050-210-66-47
e-mail: [email protected]
rəsmi internet saytı: e-herrac.com
2,000,000 AZN