Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1573/2021 saylı, 09.04.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Qaradağ rayon Icra Şöbəsi tərəfindən verilmiş 17/65-142188/1 saylı, 16.02.2022-ci il tarixli sifariş üzrə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən siyahıya alınmış, borclu “STR”MMC-yə məxsus, dəyəri 200.000 (iki yüz min) manat məbləğində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən sement zavodu Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinin tələblərinə uyğun olaraq açıq hərracda satılmalıdır.


İlkin hərrac açıq auksion qaydasında keçirilməklə  14 mart 2022-ci il tarixi, saat 1100-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.


Əmlakın ilkin satış qiyməti 200.000 (iki yüz min) manat məbləğində müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 10 %-i, yəni 20.000 (iyirmi min) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına ödənilməlidir.

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Qalib alıcı tərəfindən alış qiyməti 5 (bank) təqvim günü ərzində sifarişçi Bakı şəhər Qaradağ rayon Icra Şöbəsinin depozit hesabına ödənilməlidir.

Hərrac addımı - ilkin satış qiymətinin 1%-dən az olmamaqla

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99412) 539-47-22 ; (+99450) 505-08-09
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

200,000 AZN