Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN

Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-115/2021 saylı, 29.11.2021-ci il tarixli icra vərəqəsinə əsasən, İmişli rayon Icra Şöbəsi tərəfindən verilmiş 14 saylı, 15.02.2022-ci il tarixli sifarişi üzrə, borclu Kazımov Ehtibar Vəli oğlunun mülkiyyətində olan, tələbkar  LPO “Zaminbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə  ipoteka ilə yüklü edilmiş, İmişli şəhəri, Səttar Bəhlulzadə küçəsində yerləşən 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 77,5 kv.metr yaşayış, 6,8 kv.metr yardımçı, 84,3 kv.metr ümumi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi olan 1 mərtəbəli 19,3 kv.metr sahədən ibarət təsərrüfat evi açıq hərracda satılmalıdır.


İlkin hərrac açıq auksion qaydasında keçirilməklə  14 mart 2022-ci il tarixi, saat 1100-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.


Əmlakın ilkin satış qiyməti 36.000 (otuz altı min) manat məbləğində müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni 1.800 (bir min səkkiz yüz ) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına ödənilməlidir.

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi İmişli rayon Icra Şöbəsinin depozit hesabına ödənilməlidir.

Hərrac addımı - ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açır hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99412) 539-47-22 ; (+99450) 505-08-09
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

36,000 AZN