Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-44/2021 saylı, 17.08.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Bərdə rayon İcra Şöbəsi tərəfindən verilmiş 252396/10 saylı, 22.04.2022-ci il tarixli sifarişi üzrə, tələbkar “TuranBank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, borclu Rzayev Zaur Vahid oğluna məxsus, Bərdə şəhəri, Şah İsmayıl küçəsi 24 ünvanında yerləşən, 3 otaqlı, 77.28 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi və borclu Rüstəmova Banı Vahid qızına məxsus, Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evi dair 19 may 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, Şah İsmayıl küçəsi 24 ünvanında yerləşən fərdi yaşayış evi üzrə 59.500 (əlli doqquz min beş yüz) manata, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evi üzrə 42.500 (qırx iki min beş yüz) manata təkrar açıq hərraca çıxarılmışdır.

Təkrar hərrac 07 iyun 2022-ci il tarixi, saat 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni birinci fərdi yaşayış üzrə 2.950 (iki min doqquz

 yüz əlli) manat, kinci fərdi yaşayış üzrə 2.125 (iki min bir yüz iyirmi beş) manat miqdarında beh

 ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının

 aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla.

 

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Bərdə rayon  Icra Şöbəsinin depozit hesabına ödənilməlidir.

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99412) 539-47-22 ; (+99450) 505-08-09
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

102,000 AZN