Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN

Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-381/2022 saylı, 06.09.2022-ci il tarixli (18.10.2022-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Şəmkir rayon İcra Şöbəsi tərəfindən verilmiş 186319/2023-1208/24 saylı, 28.02.2024-cü il tarixli (daxil olma 05.03.2024-cü il) sifariş üzrə, ipoteka ilə yüklü edilmiş, Hüseynov Ramin Hamlet oğlunun və Hüseynova Mahirə Həsən qızının birgə mülkiyyətində olan Şəmkir rayonu, Qapanlı kəndi, Zaur Səmədov küçəsində ünvanında, 0.16 ha torpaq sahəsində yerləşən 101 saylı fərdi yaşayış evinə dair  02 aprel 2024-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin açıq hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin əmlak ilkin satış qiymətindən 15% aşağı qiymətə yəni  80.750 (səksən min yeddi yüz əlli) manata təkrar açıq hərraca çıxarılmışdır.                                         

Təkrar hərrac 19 aprel  2024-ü il,, saat 10:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.     

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 4.037.5 (dörd min otuz yeddi manat əlli qəpik) manat təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.                

H/h: AZ87AIIB400600C9444230278103                

Bank: Kapital bank 1 saylı Yasamal filialı     

VÖEN – 9900003611  

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla.          

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Şəmkir rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.                             

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC  

Ünvan: Bakı şəhəri, Nəsimi ray., Fikrət Əmirov küçəsi, 11/1

Tel: 050-210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

80,750 AZN