- Ana səhifə
- 〉
- Daşınmaz əmlak
- 〉
- Mənzil
- 〉
- TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR
Seçilmişlər
TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR
Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-6321/2019 saylı, 07.08.2020-ci il tarixli icra vərəqəsinə əsasən, Abşeron rayon İcra Şöbəsi tərəfindən verilmiş 17/7545001Q saylı, 25.10.2022-ci il tarixli sifariş üzrə, tələbkar “Finoko” BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, borclu Rüstəmova Səidə Rəcəb qızına məxsus olan, Abşeron rayonu, Masazır kəndi, “AAAF Park” ev 1 ünvanında yerləşən 16 saylı mənzilə dair 22 noyabr 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, 18.700 (on səkkiz min yeddi yüz) manata təkrar açıq hərraca çıxarılmışdır.
Təkrar hərrac 09 dekabr 2022-ci il tarixi, saat 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.
Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 935 (doqquz yüz otuz beş) manat miqdarında
Beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac
təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada
ödənilməlidir.
H/h: AZ87AIIB400600C9444230278103
Bank: Kapital bank 1 saylı Yasamal filialı
VÖEN – 9900003611
Kodu: 200037
M/H:AZ37NABZ01350100000000001944
SWIFT : AIIBAZ2XXX
Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla.
Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Abşeron rayon Icra Şöbəsinin depozit hesabına ödənilməlidir.
Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;
4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.
Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC
Ünvan: Bakı şəh., Yasamal ray., K.Kazımzadə 123
(Mərkəzi Gömrük Hospitalı ilə üzbəüz)
Tel: (+99450) 210-66-47
e-mail: [email protected]
rəsmi internet saytı: e-herrac.com
18,700 AZN