Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN

Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-27/2023 saylı, 07.06.2023-cü il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən verilmiş e67007/2024-53-26-002 saylı, 14.03.2024-cü il tarixli sifariş üzrə, tələbkar “Yelo Bank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 35 ünvanında yerləşən 25 saylı mənzilə dair 16 aprel 2024-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin açıq hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin əmlak ilkin satış qiymətindən 15% aşağı qiymətə yəni  89.250 (səksən doqquz min iki yüz əlli) manata təkrar açıq hərraca çıxarılmışdır.                                         

Təkrar hərrac 03 may  2024-ü il,, saat 10:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.     

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 4.462,5 (dörd min dörd yüz altmış iki manat əlli qəpik) manat  manat təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.                

H/h: AZ87AIIB400600C9444230278103                

Bank: Kapital bank 1 saylı Yasamal filialı     

VÖEN – 9900003611  

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla.          

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.                             

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC  

Ünvan: Bakı şəhəri, Nəsimi ray., Fikrət Əmirov küçəsi, 11/1

Tel: 050-210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

89,250 AZN