Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Gəncə Kommersiya  Məhkəməsinin 2-2(115)-348 saylı, 22.09.2020-ci il tarixli (11.11.2020-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Bərdə rayon Icra Şöbəsinin 119970/10 saylı, 16.06.2022-ci il tarixli sifarişi üzrə, Bərdə rayonu, Lənbəran kəndində yerləşən qeyri-yaşayış binası və 49.999 ha torpaq sahəsi  açıq hərracda satılmalıdır.   


İlkin hərrac açıq auksion qaydasında keçirilməklə  08 iyul 2022-ci il tarixi, saat 1100-a (növbəlik qaydasında) təyin edilmişdir.  

Hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.

Əmlakın ilkin satış qiyməti torpaq sahəsi üzrə 125.000 (bir yüz iyirmi beş min) manat, Qeyri-yaşayış binası üzrə 65.700 (altmış beş min yeddi yüz) məbləğində müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni ümumilikdə 9.535 (doqquz min beş yüz otuz beş) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir. H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Bərdə rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.  

Hərrac addımı - ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: 050-210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

125,000 AZN