Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-939/2021 saylı, 22.09.2021-ci il tarixli (10.11.2021-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Şəmkir rayon Icra Şöbəsinin 275117/2021-12 saylı, 22.06.2022-ci il tarixli (daxil olma 04.07.2022-ci il) sifarişi üzrə, Abbasov Elman Allahverən oğluna məxsus, Şəmkir şəhəri, 20 Yanvar küçəsi, bina-219 ünvanında yerləşən, ümumi sahəsi 36.50 kv.metr olan, bir otaqlı, bir mərtəbəli qeyri yaşayış binası açıq hərracda satılmalıdır.


İlkin hərrac açıq auksion qaydasında keçirilməklə  25 iyul 2022-ci il tarixi, saat 1100-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.

 

Əmlakın ilkin satış qiyməti 60.000 (altmış min) manat məbləğində müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni 3.000 (üç min) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına ödənilməlidir.

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) bank günü ərzində sifarişçi Şəmkir rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.

Hərrac addımı - ilkin satış qiymətinin 1%-dən az olmamaqla

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: 050-210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

60,000 AZN