Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN

Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-7283/2018 saylı, 04.10.2018-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Nizami rayon Icra Şöbəsinin 17/71-5A202976 saylı, 25.02.2022-ci il tarixli sifarişi üzrə, borclu Məmmədov Məmməd Behbud oğlunun mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən qeyri yaşayış sahəsi açıq hərracda satılmalıdır.


İlkin hərrac açıq auksion qaydasında keçirilməklə  29 mart 2022-ci il tarixi, saat 1100-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.

 

Əmlakın ilkin satış qiyməti 60.000 (altmış min) manat məbləğində müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni 3.000 (üç min) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nağd qaydada ödənilməlidir.

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) bank günü ərzində sifarişçi Bakı şəhəri Nizami rayon Icra Şöbəsinin depozit hesabına ödənilməlidir.

Hərrac addımı - ilkin satış qiymətinin 1%-nə qədər olmalıdır.

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin və sifarişçi İcra Şöbəsi ilə bağlanmış Müqavilə və ona aid “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur Qaydaları”na əsasən uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: (+99412) 539-47-22 ; (+99450) 505-08-09
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

60,000 AZN