Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-239/2021 saylı, 16.03.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Yasamal rayon Icra Şöbəsinin 17/72-195924/56936 saylı, 14.04.2022-ci il tarixli sifarişi üzrə, borclu Sultanov Ramiz Müzəffər oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, A.Mustafayev küçəsi, 22A, 3014-cü məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin 19 kv.metr olan hissəsinə dair 10 iyun 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş təkrar (II) hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından,  52.500 (əlli iki min beş yüz)  manata təkrar (sonuncu) açıq hərraca çıxarılmışdır.  

Təkrar (sonuncu)  hərrac 24 iyun 2022-ci il tarixi, saat 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni  2.625 (iki min altı yüz iyirmi beş) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nağd qaydada ödənilməlidir.  

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 1%-dən az olmamaqla.

 

Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) bank günü ərzində sifarişçi Bakı şəhəri Yasamal rayon Icra Şöbəsinin depozit hesabına ödənilməlidir.

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.

Tel: 050-210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

52,500 AZN