Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Bərdə regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinin 8i-17905 saylı, 18.08.2022-ci il tarixli icra qeydinə əsasən, Bərdə rayon İcra Şöbəsi tərəfindən verilmiş 187738/10 saylı, 20.04.2023-cü il tarixli (daxil olma 25.04.2023-cü il) sifariş üzrə, tələbkarUnibank KB” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Cabbarov Cəmil Cabbar oğluna məxsus, Bərdə rayonu, Bərdə-Tərtər yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binasına dair 23 may 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin əmlak ilkin satış qiymətindən 15% aşağı qiymətə yəni 22.100 (iyirmi iki min yüz) manata təkrar açıq hərraca çıxarılmışdır.                                     

Təkrar hərrac 09 iyun 2023-cü il tarixi, saat 10:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.  

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 1.105 (bir min yüz beş) manat təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.             

H/h: AZ87AIIB400600C9444230278103          

Bank: Kapital bank 1 saylı Yasamal filialı   

VÖEN – 9900003611  

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla.     

 

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Bərdə rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.                         

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC  

Ünvan: Bakı şəhəri, Yasamal ray., K.Kazımzadə 123.

Tel: 050-210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

22,100 AZN