Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN

Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-218/2020 saylı, 17.11.2020-ci il tarixli icra vərəqəsinə əsasən, AR Ədliyyə Nazirliyi Gəncə Şəhər üzrə İcra İdarəsi tərəfindən verilmiş Ü.Ə-199692/2023 saylı, 06.10.2023-cü il tarixli sifariş üzrə, tələbkar  “Yapı Kredi Bank Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 20 A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 07 noyabr 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin açıq hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin əmlak ilkin satış qiymətindən 15% aşağı qiymətə yəni 509.150 (beş yüz doqquz min yüz əlli) manata təkrar açıq hərraca çıxarılmışdır.                                         

Təkrar hərrac 24 noyabr 2023-cü il tarixi, saat 10:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.     

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 25.457,5 (iyirmi beş min dörd yüz əlli yeddi manat əlli qəpik) manat təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.                 

H/h: AZ87AIIB400600C9444230278103                

Bank: Kapital bank 1 saylı Yasamal filialı     

VÖEN – 9900003611  

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla.          

 

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi AR ƏN Gəncə şəhəri üzrə İcra İdarəsinin depozit hesabına ödənilməlidir.                             

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC  

Ünvan: Bakı şəhəri, Nəsimi ray., Fikrət Əmirov küçəsi, 11/1

Tel: 050-210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

509,150 AZN