- Ana səhifə
- 〉
- Daşınmaz əmlak
- 〉
- TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN
Seçilmişlər
TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2600/2022 saylı, 19.12.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən verilmiş 17/72-319164/39 saylı, 09.02.2024-cü il tarixli sifariş üzrə tələbkar “Bank BTB” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21, 23, 23A, 23B (yeni qaydalarla: Bakı şəh., Yasamal ray., Əhməd Cəmil küç., 23A, m12, m1) ünvanında yerləşən 236 saylı mənzil və Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair 05 mart 2024-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin açıq hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin əmlaklar ilkin satış qiymətindən 15% aşağı qiymətə yəni mənzil üzrə - 153.000 (bir yüz əlli üç min) manat, torpaq sahəsi üzrə - 91.800 (doxsan bir min səkkiz yüz) manata təkrar açıq hərraca çıxarılmışdır.
Təkrar hərrac 27 mart 2024-ü il,, saat 10:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.
Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni mənzil üzrə - 7.650 (yeddi min altı yüz əlli)
manat, torpaq sahəsi üzrə - 4.590 (dörd min beş yüz doxsan) manat təşkilatçısının aşağıda göstərilən
hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.
H/h: AZ87AIIB400600C9444230278103
Bank: Kapital bank 1 saylı Yasamal filialı
VÖEN – 9900003611
Kodu: 200037
M/H:AZ37NABZ01350100000000001944
SWIFT : AIIBAZ2XXX
Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla.
Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.
Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;
4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.
Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC
Ünvan: Bakı şəhəri, Nəsimi ray., Fikrət Əmirov küçəsi, 11/1
Tel: 050-210-66-47
e-mail: [email protected]
rəsmi internet saytı: e-herrac.com
244,800 AZN