- Ana səhifə
- 〉
- Daşınmaz əmlak
- 〉
- TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN
Seçilmişlər
TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN
Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6173/2022 saylı, 13.10.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Abşeron rayon İcra Şöbəsi tərəfindən verilmiş 17/75627781Q saylı, 27.02.2024-cü il tarixli sifariş üzrə tələbkar “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Lalayev Elşən Elxan oğluna məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Hikmət Aslanov küçəsində yerləşən 0.03 ha torpaq sahəsi və üzərindəki 114 saylı fərdi yaşayış evinə dair 27 mart 2024-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin açıq hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin əmlak ilkin satış qiymətindən 15% aşağı qiymətə yəni 176.800 (bir yüz yetmiş altı min səkkiz yüz) manata təkrar açıq hərraca çıxarılmışdır.
Təkrar hərrac 16 aprel 2024-cü il saat 10:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.
Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 8.840 (səkkiz min səkkiz yüz qırx) manat
təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.
H/h: AZ87AIIB400600C9444230278103
Bank: Kapital bank 1 saylı Yasamal filialı
VÖEN – 9900003611
Kodu: 200037
M/H:AZ37NABZ01350100000000001944
SWIFT : AIIBAZ2XXX
Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla.
Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Abşeron rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.
Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;
4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.
Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC
Ünvan: Bakı şəhəri, Nəsimi ray., Fikrət Əmirov küçəsi, 11/1
Tel: 050-210-66-47
e-mail: [email protected]
rəsmi internet saytı: e-herrac.com
176,800 AZN