Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN

Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-33/2023 saylı, 08.02.2023-cü il tarixli icra vərəqəsinə əsasən, AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən verilmiş Ü.Ə-32123/2024 saylı, 27.02.2024-cü il tarixli sifariş üzrə, Mayılov Asəf Zakir oğluna məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, ev 9 ünvanında yerləşən 34 saylı fərdi yaşayış evi və “Dostluq” İstehsalat Kommersiya Firmasına məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi 21 ünvanında olan 0.01339 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına dair 27 mart 2024-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin açıq hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin əmlak ilkin satış qiymətindən 15% aşağı qiymətə yəni  34 saylı fərdi yaşayış evi üzrə 51.000 (əlli bir min) manat, qeyri-yaşayış binası üzrə 443.700 (dörd yüz qırx üç min yeddi yüz) manata  təkrar açıq hərraca çıxarılmışdır.                                         

Təkrar hərrac 16 aprel  2024-ü il,, saat 10:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.     

Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 34 saylı fərdi yaşayış evi üzrə 2.550 (iki min beş

yüz əlli) manat, qeyri-yaşayış binası üzrə 22.185 (iyirmi iki min yüz səksən beş) manat təşkilatçısının

aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.                

H/h: AZ87AIIB400600C9444230278103                

Bank: Kapital bank 1 saylı Yasamal filialı     

VÖEN – 9900003611  

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla.          

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinin depozit hesabına ödənilməlidir.                             

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC  

Ünvan: Bakı şəhəri, Nəsimi ray., Fikrət Əmirov küçəsi, 11/1

Tel: 050-210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

494,700 AZN