- Ana səhifə
- 〉
- Daşınmaz əmlak
- 〉
- Torpaq
- 〉
- AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN
Seçilmişlər
AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN
Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1277/2021 saylı, 22.02.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin 17/72-45594/3117274 saylı, 28.11.2023-cü il tarixli sifarişi üzrə, Əliyev Mustafa Qabil oğluna məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 2860/2638 A ünvanında yerləşən 0.1175 ha torpaq sahəsi açıq hərracda satılmalıdır.
İlkin hərrac açıq auksion qaydasında keçirilməklə 29 dekabr 2023-cü il tarixi, saat 1000-a (növbəlik qaydasında) təyin edilmişdir.
Hərrac Bakı şəh., Nəsimi ray., Fikrət Əmirov 11/1 ünvanında keçiriləcəkdir.
Əmlakın ilkin satış qiyməti 31.000 (otuz bir min) manat məbləğində müəyyənləşdirilmişdir.
Hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni 1.550 (bir min beş yüz əlli) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.
H/h: AZ87AIIB400600C9444230278103
Bank: Kapital bank 1 saylı Yasamal filialı
VÖEN – 9900003611
Kodu: 200037
M/H:AZ37NABZ01350100000000001944
SWIFT : AIIBAZ2XXX
Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) təqvim günü ərzində sifarişçi Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.
Hərrac addımı - ilkin satış qiymətinin 1%-dən az olmamaqla
Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;
4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinə uyğun olaraq, sifarişçi İcra Şöbəsi ilə bağlanmış Müqavilə və ona aid “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur Qaydaları”na əsasən
Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC
Ünvan: Bakı şəh., Nəsimi ray., Fikrət Əmirov 11/1
(Mərkəzi Gömrük Hospitalı ilə üzbəüz)
Tel: (+99450) 210-66-47
e-mail: [email protected]
rəsmi internet saytı: e-herrac.com
31,000 AZN