- Ana səhifə
- 〉
- Daşınmaz əmlak
- 〉
- Torpaq
- 〉
- AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN
Seçilmişlər
AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN
Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1198/2021 saylı, 04.08.2021-ci il tarixli (21.09.2021-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Biləsuvar rayon İcra Şöbəsini tərəfindən verilmiş 255461/2021 saylı, 17.02.2022-ci il tarixli sifariş üzrə, borclu “Ruslan” MMC-yə məxsus, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 01.02.2021-ci il tarixli, 1941212503 saylı qərarına əsasən siyahıya alınmış, Biləsuvar şəhəri, H.İbrahimov küçəsi 111 ünvanında yerləşən, 1 kv.metrinin dəyəri 1,87 manata olmaqla, 10647,04 kv.metr icarə obyekti Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinin tələblərinə uyğun olaraq açıq hərracda satılmalıdır.
İlkin hərrac açıq auksion qaydasında keçirilməklə 16 mart 2022-ci il tarixi, saat 1100-a (növbəlik qaydasında) təyin edilmişdir.
Hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.
Əmlakın ilkin satış qiyməti 20.000 (iyirmi min) manat məbləğində müəyyənləşdirilmişdir.
Hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni 1000 (bir min) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına ödənilməlidir.
H/h: AZ87AIIB400600C9444230278103
Bank: Kapital bank 1 saylı Yasamal filialı
VÖEN – 9900003611
Kodu: 200037
M/H:AZ37NABZ01350100000000001944
SWIFT : AIIBAZ2XXX
Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) bank günü ərzində sifarişçi Biləsuvar rayon İcra Şöbəsininin depozit hesabına ödənilməlidir.
Hərrac addımı - ilkin satış qiymətinin 1%-dən az olmamaqla
Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;
4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
Açıq hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.
Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC
Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a.
Tel: (+99412) 539-47-22 ; (+99450) 505-08-09
e-mail: [email protected]
rəsmi internet saytı: e-herrac.com
20,000 AZN