Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN

Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-488/2022 saylı, 08.06.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Şəmkir rayon İcra Şöbəsi tərəfindən verilmiş 177077/2023-12 saylı, 14.02.2024-cü il tarixli sifariş üzrə, Bayramov İmaməddin Rəcəb oğluna məxsus Şəmkir rayonu, Abbaslı kəndində yerləşən 0.0974 ha və 0.1526 ha həyətyanı torpaq sahələri açıq hərracda satılmalıdır

İlkin hərrac açıq auksion qaydasında keçirilməklə  19 mart 2024-cü il tarixi, saat 1000-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəh., Nəsimi ray., Fikrət Əmirov 11/1 ünvanında keçiriləcəkdir.

Əmlakın ilkin satış qiyməti 0.0974 ha torpaq sahəsi üzrə - 9.500 (doqquz min beş yüz) manat

0.1526 ha  torpaq sahəsi üzrə   - 15.000  (on beş min)  manat  məbləğində müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni 0.0974 ha torpaq sahəsi üzrə - 475 (dörd yüz yetmiş beş) manat, 0.1526 ha  torpaq sahəsi üzrə 750 (yeddi yüz əlli) manat məbləğində beh ödənilməlidir.H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) təqvim günü ərzində sifarişçi Şəmkir  rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.

Hərrac addımı - ilkin satış qiymətinin 1%-dən az olmamaqla

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinə uyğun olaraq, sifarişçi İcra Şöbəsi ilə bağlanmış Müqavilə və ona aid “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur Qaydaları”na əsasən

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəh., Nəsimi ray., Fikrət Əmirov 11/1

(Mərkəzi Gömrük Hospitalı ilə üzbəüz)

Tel: (+99450) 210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

24,500 AZN