Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN

Bakı şəhəri Sabunçu rayon  Məhkəməsinin 2(008)-3231/2017 saylı, 12.04.2017-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri, Sabunçu rayon İcra Şöbəsi tərəfindən verilmiş 412-533327 saylı, 19.02.2024-cü il tarixli sifariş üzrə Nağıyev Xəyyam Zülfüqar oğluna məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 5-194 saylı ünvanda yerləşən 0.03 ha torpaq sahəsi açıq hərracda satılmalıdır. 


İlkin hərrac açıq auksion qaydasında keçirilməklə  02 aprel 2024-cü il tarixi, saat 1000-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəh., Nəsimi ray., Fikrət Əmirov 11/1 ünvanında keçiriləcəkdir.

Əmlakın ilkin satış qiyməti 80.000 (səksən min) manat məbləğində müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni 4.000 (dörd min) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir. 

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) iş günü ərzində sifarişçi Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.

Hərrac addımı - ilkin satış qiymətinin 1%-dən az olmamaqla

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinə uyğun olaraq, sifarişçi İcra Şöbəsi ilə bağlanmış Müqavilə və ona aid “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur Qaydaları”na əsasən həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəh., Nəsimi ray., Fikrət Əmirov 11/1.

Tel: (+99450) 210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

80,000 AZN