Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Şəmkir rayon Məhkəməsinin 2(076)-683/2022 saylı, 11.04.2022-ci il tarixli  icra vərəqəsinə əsasən, Şəmkir rayon İcra Şöbəsi tərəfindən verilmiş 116474/2022-18 2556/2022 saylı, 28.11.2022-ci il tarixli sifariş üzrə, Şəmkir rayonu, Əliyaqublu kəndi, Rza İsmayılov küçəsi 2 ünvanında yerləşən 3121013667 qeydiyyat nömrəli, 504013176084 reyestr nömrəli, 0.10 ha həyətyanı torpaq sahəsinə dair 24 yanvar 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş təkrar (II) hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, 10.500 (on min beş yüz) manata təkrar (sonuncu) açıq hərraca çıxarılmışdır.

Təkrar hərrac 07 fevral 2023-cü il tarixi, saat 10:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar (sonuncu) hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 525 (beş yüz iyirmi beş) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.

H/h: AZ87AIIB400600C9444230278103

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 1%-dən az olmamaqla.

 

Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) iş günü ərzində sifarişçi Şəmkir rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəh., Yasamal ray., Məhəllə 563, K.Kazımzadə 123

(Mərkəzi Gömrük Hospitalı ilə üzbəüz) .

Tel: (+99450) 210-66-47

e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

10,500 AZN