Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN

Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-8364/2015 saylı,  14.10.2015-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən verilmiş 1309-№38968/2016-4-9 saylı, 16.10.2023-cü il tarixli sifariş üzrə, tələbkar LPO “Atrabank” ASC-nin (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu)  xeyrinə ipoteka ilə yüklü edilmiş, Məmmədov Böyükəli Pirəli oğluna məxsus, “Mitsubishi Airtrek” minik markalı, 2002-ci il buraxılışlı, qara rəngli, Offroader/SUV tipli, CU2WOO10961 ban nömrəli, 90-KR-234 dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılmalıdır.  


İlkin hərrac açıq auksion qaydasında keçirilməklə 14 noyabr 2023-cü il tarixi, saat 1000-a (növbəlik 10qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəhəri, Nəsimi ray., Fikrət Əmirov 11/1 ünvanında keçiriləcəkdir.

Əmlakın ilkin satış qiyməti 650 (altı yüz əlli) manat məbləğində  müəyyənləşdirilmişdir.  

Hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni 33 (otuz üç) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.   

H/h: AZ87AIIB400600C9444230278103  

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944  

SWIFT : AIIBAZ2XXX  

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi Bakı şəhəri Sabunçu rayon Icra Şöbəsinin depozit hesabına ödənilməlidir.            

Hərrac addımı - ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla   

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəh., Nəsimi ray., Fikrət Əmirov 11/1

(Mərkəzi Gömrük Hospitalı ilə üzbəüz)

Tel: (+99450) 210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

650 AZN