Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN

Gəncə şəhəri 5 saylı Notariat Ofisinin 8i-1029 saylı, 02.02.2024-cü il tarixli icra qeydinə əsasən, AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən verilmiş İ/Q 38096/24 saylı, 19.03.2024-cü il tarixli sifariş üzrə, tələbkar “Bank Respublika” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Hüseynov Fərid Ələddin oğluna məxsus, Mercedes Benz” Vito Tuorer minik markalı, 2015-ci il buraxılışlı, Vaqon 7+1 yer tipli, WD F44770513050659 BAN nömrəli, 20-EF-548 dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılmalıdır.

İlkin hərrac açıq auksion qaydasında keçirilməklə 23 aprel 2024-cü il tarixi, saat 1000-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi, 11/1 ünvanında keçiriləcəkdir.

Əmlakın ilkin satış qiyməti 35.000 (otuz beş min) manat məbləğində  müəyyənləşdirilmişdir.  

Hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni 1.750 (bir min yeddi yüz əlli) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.    

H/h: AZ87AIIB400600C9444230278103  

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944  

SWIFT : AIIBAZ2XXX  

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinin depozit hesabına ödənilməlidir.            

Hərrac addımı - ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla   

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi, 11/1

Tel: (+99450) 210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

35,000 AZN