Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN

Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-29/2015 saylı,  21.10.2016-cı il tarixli (01.11.2016-cı il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, AR Ədliyyə Nazirliyi Gəncə Şəhər üzrə İcra İdarəsi tərəfindən verilmiş A.İ-46113/19 saylı, 18.10.2023-cü il tarixli sifariş üzrə, tələbkar “Yelo Bank”ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ümumi dəyəri 654.720 manat olan, 1 ədəd havasoran ventilyatora (matoru ilə), 3 ədəd havasoran ventilyatora (matoru ilə), 6 ədəd ventilyatora (mator ilə), 1 ədəd böyük ventilaytora (18 kvt matoru ilə), 2 ədəd ventilyatora (matoru ilə), 6 ədəd qurutmanın hidrovlika yağı ilə işləyən matoru, 1 ədəd pres qarışdırıcısı (3 ulduz markalı), 2 ədəd predsin matoru, 1 ədəd vakum (matoru ilə), 1 ədəd kompressor, 9 ədəd elevator (matoru ilə), 1ədəd bunker (18 kvt matoru ilə), 1 ədəd qırıcı valsa (matoru ilə), 1 ədəd əzici valsa (matoru ilə), 1 ədəd qarışdırıcı matoru ilə, 1 ədəd bunker (matoru ilə), 250 ədəd əl arabası, 34 ədəd böyük vaqon, 1 ədəd DT-75 traktor, 1 ədəd yükqaldırıcı, 4 ədəd qəlib və Gəncə şəhəri, Kəpəz rayonu, Kimyaçılar küçəsində, 5 ha torpaq sahəsində yerləşən, 6.315,45 kv.metr ümumi, 6.180,45 kv.metr əsas, 135 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksi  açıq hərracda satılmalıdır.  


İlkin hərrac açıq auksion qaydasında keçirilməklə 17 noyabr 2023-cü il tarixi, saat 1000-a (növbəlik 10qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəh., Nəsimi ray., Fikrət Əmirov 11/1ünvanında keçiriləcəkdir.

Əmlakın ilkin satış qiyməti daşınar əmlaklar üzrə 654.720 (altı yüz əlli dörd min yeddi yüz iyirmi) manat

əmlak kompleksi  üzrə 1.800.000 (bir milyon səkkiz yüz min) manat məbləğində  müəyyənləşdirilmişdir.  

Hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni daşınar əmlaklar kompleksi  üzrə 32.736 (otuz iki min  yeddi yüz otuz altı) manat, əmlak kompleksi  üzrə 90.000 (doxsan min) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.   

H/h: AZ87AIIB400600C9444230278103  

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944  

SWIFT : AIIBAZ2XXX  

Qalib alıcı tərəfindən alış qiyməti 7 (yeddi) təqvim günü ərzində sifarişçi , AR Ədliyyə Nazirliyi Gəncə Şəhər üzrə İcra İdarəsinin depozit hesabına ödənilməlidir.            

Hərrac addımı - ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla   

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun  və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəh., Nəsimi ray., Fikrət Əmirov 11/1

(Mərkəzi Gömrük Hospitalı ilə üzbəüz)

Tel: (+99450) 210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

2,454,720 AZN