Seçilmişlər

AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3662/2021 saylı, 06.09.2021-cü il tarixli (14.10.2021-ci ildə verilmiş) icra vərəqəsinə əsasən, Bakı şəhəri Yasamal rayon Icra Şöbəsinin 246817/18 11392 saylı, 16.08.2023-cü il tarixli  sifarişi üzrə, Əhmədzadə İlqar Musa oğluna məxsus olan, “Bauer Rainstar E-21”  markalı suvarma qurğusu və “Bauer Rainstar T-32” markal suvarma qurğusu  açıq hərracda satılmalıdır.


İlkin hərrac açıq auksion qaydasında keçirilməklə  12 sentyabr 2023-cü il tarixi, saat 1000-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac Bakı şəhəri, Yasamal rayonu Kazım Kazımzadə 123 ünvanında keçiriləcəkdir.

Əmlakın ilkin satış qiyməti Bauer Rainstar T-32” markal suvarma qurğusu üzrə 18.000 (on səkkiz min) manat, “Bauer Rainstar E-21” markal suvarma qurğusu üzrə 37.000 (otuz yeddi min) manat məbləğində  müəyyənləşdirilmişdir.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 10%-i, yəni “Bauer Rainstar T-32” markal suvarma qurğusu üzrə 1.800 (bir min səkkiz yüz) manat, “Bauer Rainstar E-21” markal suvarma qurğusu üzrə 3.700 (üç min yeddi yüz) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.  

H/h: AZ87AIIB400600C9444230278103  

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX

Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) iş günü ərzində sifarişçi Bakı şəhəri Yasamal rayon Icra Şöbəsinin depozit hesabına ödənilməlidir.          

Hərrac addımı - ilkin satış qiymətinin 1%-dən az olmamaqla    

 

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir. 

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Kazım Kazımzadə 123.

Tel: (+99450) 210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

 

55,000 AZN