- Ana səhifə
- 〉
- Qızıl zinət
- 〉
- AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN
Seçilmişlər
AÇIQ HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN
Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5416/2023 saylı, 13.12.2023-cü il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən verilmiş e21801/2024-53-7-002 saylı, 27.03.2024-cü il tarixli sifariş üzrə, Əkbərova Kəmalə Murad qızına məxsus olan 2 ədəd, 750 əyarlı, ümumi çəkisi 11.7 qram olan üzük, 1 ədəd 750 əyarlı, ümumi çəkisi 3.7 qram olan boyunbağı, 1 ədəd 585 əyarlı, ümumi çəkisi 30 qram olan komplekt açıq hərracda satılmalıdır.
İlkin hərrac açıq auksion qaydasında keçirilməklə 07 may 2024-cü il tarixi, saat 1000-a (növbəlik qaydasında) təyin edilmişdir.
Hərrac Bakı şəh., Nəsimi ray., Fikrət Əmirov 11/1 ünvanında keçiriləcəkdir.
Əmlakın ilkin satış qiyməti 3.107 (üç min bir yüz yeddi) manat məbləğində müəyyənləşdirilmişdir.
Hərracda iştirak üçün ilkin satış qiymətinin 10%-i, yəni 310.7 (üç yüz on manat yetmiş qəpik) manat
məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.
H/h: AZ87AIIB400600C9444230278103
Bank: Kapital bank 1 saylı Yasamal filialı
VÖEN – 9900003611
Kodu: 200037
M/H:AZ37NABZ01350100000000001944
SWIFT : AIIBAZ2XXX
Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) iş günü ərzində sifarişçi Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir.
Hərrac addımı - ilkin satış qiymətinin 1%-dən az olmamaqla
Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;
4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinə uyğun olaraq, sifarişçi İcra Şöbəsi ilə bağlanmış Müqavilə və ona aid “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur Qaydaları”na əsasən həyata keçiriləcəkdir.
Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC
Ünvan: Bakı şəh., Nəsimi ray., Fikrət Əmirov 11/1.
Tel: (+99450) 210-66-47
e-mail: [email protected]
rəsmi internet saytı: e-herrac.com
3,107 AZN