- Ana səhifə
- 〉
- Qızıl zinət
- 〉
- Digər
- 〉
- TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR
Seçilmişlər
TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR
Kəlbəcər rayon Məhkəməsinin 2(040)-85/2023 saylı, 02.02.2023-cü il tarixli (28.03.2023-cü il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən verilmiş T.İ 90366/2023 saylı, 11.05.2023-cü il tarixli sifariş üzrə, 1 dəst divan-kreslo dəsti və “LG” markalı, 102 diaqonal televizora dair 20 iyun 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş təkrar hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, televizor üzrə 960 (doqquz yüz altmış) manat, divan-kreslo dəsti üzrə 1.040 (bir min qırx) manata təkrar açıq hərraca çıxarılmışdır.
Təkrar hərrac 04 iyul 2023-cü il tarixi, saat 10:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.
Təkrar hərracda iştirak üçün satış qiymətinin 10 %-i, yəni televizor üzrə 96 (doxsan altı) manat, divan-kreslo dəsti üzrə 104 (bir yüz dörd) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nağd qaydada ödənilməlidir.
H/h: AZ87AIIB400600C9444230278103
Bank: Kapital bank 1 saylı Yasamal filialı
VÖEN – 9900003611
Kodu: 200037
M/H:AZ37NABZ01350100000000001944
SWIFT : AIIBAZ2XXX
Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 1%-dən az olmamaqla.
Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) bank günü ərzində sifarişçi AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinin depozit hesabına ödənilməlidir.
Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;
4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinin tələblərinə uyğun həyata keçiriləcəkdir.
Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC
Ünvan: Bakı şəhəri, Yasamal ray., Kazım Kazımzadə 123.
Tel: 050-210-66-47
e-mail: [email protected]
rəsmi internet saytı: e-herrac.com
2,000 AZN