Seçilmişlər

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR

Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-3608/2022 saylı, 18.10.2022-ci il tarixli (16.12.2022-ci ildə verilmiş) icra vərəqəsinə əsasən, Abşeron rayon İcra Şöbəsinin 17/75628 2V saylı, 05.07.2023-cü il tarixli sifarişi üzrə, Səfərov Nadir İbrahim oğluna məxsus, 026 saylı, 17 sentyabr 2019-cu il tarixli anbarda saxlama müqaviləsi üzrə mallara (mebel və texniki avadanlıqlar) dair 15 avqust  2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş təkrar  hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin əmlaklar ilkin satış qiymətindən 20% aşağı qiymətə yəni, 1.560 (bir min beş yüz altmış) manata təkrar (II) açıq hərraca çıxarılmışdır.                

Təkrar hərrac 29 avqust  2023-cü il, saat 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.      

Təkrar hərracda iştirak üçün satış qiymətinin 10%-i, yəni 156 (bir yüz əlli altı) manat miqdarında beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir.         

H/h: AZ87AIIB400600C9444230278103   

Bank: Kapital bank 1 saylı Yasamal filialı

VÖEN – 9900003611

Kodu: 200037

M/H:AZ37NABZ01350100000000001944

SWIFT : AIIBAZ2XXX  

Hərrac addımı – əmlakın ilkin satış qiymətinin 1%-dən az olmamaqla.  

Qalib alıcı tərəfindən alış qiyməti 5 (beş) iş günü ərzində sifarişçi Abşeron rayon İcra  Şöbəsinin depozit hesabına ödənilməlidir.        

Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) gün qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır.
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair beh məbləğinin hərracın təşkilatçısına -ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;

4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

Açıq hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin və sifarişçi İcra Şöbəsi ilə bağlanmış Müqavilə və ona aid “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur Qaydaları”na əsasən uyğun həyata keçiriləcəkdir.

“Əmlakın açıq hərracda satışı üzrə hərracın təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsinin prosedur Qaydaları” ilə www.e-herrac.com internet saytında (Ana səhifə bölümündən) tanış ola bilərsiniz

Hərracın təşkilatçısı
“Əmlak Hərrac Mərkəzi” MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Kazım Kazımzadə 123

Tel: (+99450) 210-66-47
e-mail: [email protected]

rəsmi internet saytı: e-herrac.com

1,560 AZN